Bir neçə saat əvvəl Türk Hava Yolları (Turkish Airlines) aviaşirkəti Bakı ilə İstanbul arasında Ermənistanın hava məkanı üzərindən tarixi reys həyata keçirib.
araz.azHaqqin.az-a istinadən bildirir ki, bununla da Ermənistan öz hava məkanını Türkiyə və Azərbaycanın mülki təyyarələri üçün açmış olub.
İndiyədək Azərbaycan və Türkiyə sərnişin təyyarələri Gürcüstanın hava məkanından uçmağa məcbur olurdu ki, bu da daha uzun məsafəni qət etmək demək idi.
Rəsmi mənbələr hələlik bu məlumatı şərh etmirlər. Lakin güman edilir ki, Azərbaycan və Türkiyə təyyarələrinin Ermənistan üzərindən uçuşları 10 noyabrda bağlanmış sazişdən sonra mümkün olub. Bu sazişə əsasən, tərəflər arasında bütün nəqliyyat kommunikasiyaları açılmalıdır.
Üçtərəfli bəyanat Rusiyanın humanitar yük daşıyan hərbi-nəqliyyat təyyarələrinə Azərbaycanın hava məkanından Ermənistana uçmağa imkanı verir.
Qeyd edək ki, ötən gün Ermənistanın öz hava məkanını Türkiyə mülki təyyarələri üçün açdığı barədə məlumat yayılmışdı.
araz.az xəbər portalı.