Screenshot 1 128

Telefonla danışdığım üçün 404 Yol Patul Xidməti əməkdaşı maşını durdurdu.

Yaxınlaşıb, çox mədəni tərzdə özünü təqdim etdi, hal-əhvalımı soruşdu. Qayda pozuntumu qəbul edib, sürücülük vəsiqəmi təqdim etdim.

Məlumatlarıma nəzər yetirdi, rayonum haqqında (Şabran) sorğu-sual etdi, şirin söhbət etdik.

Cərimə yazacağını söylədi, buyurun dedim. Sürücülük vəsiqəmdə ata adım ilə öz adımın eyni olmasını sorğu etdi, dedim ki, şəhid olub, Allah bizə də qismət etsin. “Allah bizə qismət etsin” sözümü “Şəhid olmaqdan qorxmursan?” – deyə soruşdu. Dedim ki, insan da vətənini, ana-bacısını qorumaqdan qorxar, yoldaş inspektor? 

Dərhal vəsiqəmi qaytarıb “Get bacıoğlu, sənə yazsam, daha mənə nə deyərlər” deyib dərin nəfəs aldı. 

Vurğuladım ki, soruşdunuz deyə dedim vəziyyəti, yoxsa xoşlamıram elə addan istifadə etməyi. Əliylə çiynimə ehmalca toxunub, halal olsun sənə dedi.

Cərimə yazmadı, maşın çıxarkən də, dar yol olduqu üçün çıxmağıma şərait yaratdı.

Qardaşı tanımıram, ilk dəfə idi görürdüm. Fəxr etdim, qürur duydum. Tanıyan kim varsa özünə də dedim, bir daha desin ki, sizin kimi polislər qürurumuz, fəxrimizdir!

Yaşasın şərəfli Azərbaycan polisi!    /demokrat.az/ 

araz.az xəbər portalı.