maska

Uşaqlar koronavirusun Britaniyada ortaya çıxan yeni ştammına qarşı daha həssasdırlar. Bu ştamm daha çox yoluxuculuğu ilə seçilir.

araz.az  Cebhe.info-ya istinadən xəbər verir ki, bunu London Kollecinin professoru Vebdi Barklay deyib.

O bildirib ki, uşaqlardan fərqli olaraq böyüklərdə nəfəs yollarında çox sayda ACE2 reseptorları olduğuna görə onların yoluxma ehtimalı daha yüksək olub. Virus məhz bu reseptorlar vasitəsilə hüceyrələrə daxil olur.

COVİD-19-un yeni variantı isə hüceyrələrə daha tez daxil olmaq xüsusiyyəti ilə fərqlənir və bu zaman ACE2 reseptorlarının azlığı buna mane olmur. Buna görə də uşaqlar da böyüklər kimi tez yoluxa bilərlər.

Xatırladaq ki, Britaniyada ortaya çıxan yeni ştamm əvvəlkilərdən öldürücülüyü ilə fərqlənməsə də, yoluxuculuğu ilə seçilir. 

araz.az xəbər portalı.