WhatsApp Image 2020 12 28 at 17.17.35

 
Azərbaycan Milli Xalça Muzeyi uşaqların mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə sevgi və hörmət ruhunda tərbiyəsinin əhəmiyyətini və bu işdə təhsilin rolunu nəzərə alaraq, daim yeni proqramlar hazırlayır, ustad dərsləri keçirir, müxtəlif tədris müəssisələri ilə birgə layihələr reallaşdırır. Muzeydən araz.az-a verilən xəbərə görə,
bu günlərdə isə, Bakı Avropa Liseyi Azərbaycan Milli Xalça Muzeyi ilə birgə layihə çərçivəsində VI Azərbaycan Mədəni və Tarixi Ənənələri Festivalını keçirib. Liseyin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müxtəlif mövzularda keçirdiyi festival bu dəfə Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə həsr olunub. 
Festival günlərində Bakı Avropa Liseyinin şagirdlərinin bir-birindən maraqlı ssenarilər əsasında ölkəmizin ayrı-ayrı regionlarına aid xalçalar, onların əsas xüsusiyyətləri və s. haqqında  hazırladıqları video-çarxlar liseyin Facebook səhifəsində və YouTube kanalında, həmçinin muzeyin Uşaq şöbəsinin Facebook səhifəsində paylaşılıb, izləyicilər tərəfindən heyranlıqla qarşılanıb.
Festival çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri şagirdlərə “Azərbaycan xalçanı tanı, tanıtdır” mövzusunda onlayn mühazirələr də keçiblər.
Beləliklə, layihənin birinci hissəsi pandemiya səbəbindən həm müəllimlər və şagirdlər, həm də muzey mütəxəssisləri üçün yeni olan formatda – onlayn təqdimatlar şəklində reallaşdırılıb. Layihənin praktiki hissəsi isə gələcəkdə həyata keçiriləcək. 
Məlumat üçün qeyd edək ki, dekabrın 28-də Festivalın yekununa həsr olunmuş onlayn konfrans keçiriləcək. Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Xalça Muzeyi və Bakı Avropa Liseyinin nümayəndələrinin, müxtəlif elm, mədəniyyət xadimlərinin iştirak edəcəyi konfransa qoşulmaq istəyənlər saat 12:00-da aşağıdakı linkdən keçid edə bilərlər:
Join Zoom Meeting
https://us02web.zoom.us/j/9724332626?pwd=Y2RJazJLWStOaWVOakNJd2YvdzdGZz09
Meeting ID: 972 433 2626
Passcode: 919179
 

                                                            ***
 
Азербайджанский национальный музей ковра реализовал совместный проект       

 
Азербайджанский национальный музей ковра, принимая во внимание значение воспитания детей в духе любви и уважения к материальному и культурному наследию нашей страны и ее национальным ценностям и учитывая роль образования в осуществлении вышесказанного, постоянно готовит новые программы, проводит мастер-классы и реализует совместные проекты с различными образовательными учреждениями.
На днях Бакинский Европейский Лицей провел VI Фестиваль культурных и исторических традиций Азербайджана в рамках совместного проекта с Азербайджанским национальным музеем ковра. Ежегодный фестиваль, проводимый на различные темы и приуроченный ко Дню солидарности азербайджанцев всего мира, в этот раз посвящен азербайджанскому традиционному ковровому искусству.
В течение фестиваля на Facebook-странице лицея и его YouTube-канале, а также на Facebook-странице детского отдела музея были опубликованы встреченные зрителями с восхищением видеоролики, подготовленные на основе интересных сценариев по коврам из различных регионов нашей страны, их особенностям и т.д., учениками Бакинского европейского лицея.
В рамках фестиваля специалисты Азербайджанского национального музея ковра провели онлайн-лекции для учеников на тему «Знай и прославь азербайджанский ковер».
Таким образом, по причине пандемии первая часть проекта была реализована в новом как для учителей и учеников, так и для специалистов музея формате – в виде онлайн-презентаций. Практическая же часть проекта будет реализована в будущем.
Отметим, что 28 декабря будет проведена онлайн-конференция, посвященная итогам фестиваля. Желающие присоединиться к конференции, в которой примут участие представители Министерства образования, Министерства культуры, Азербайджанского национального музея ковра и Бакинского европейского лицея, деятели науки и культуры, могут пройти по ссылке ниже в 12:00.
Join Zoom Meeting
https://us02web.zoom.us/j/9724332626?pwd=Y2RJazJLWStOaWVOakNJd2YvdzdGZz09
Meeting ID: 972 433 2626
Passcode: 919179
 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.