vilayet

Şuşaya yeni polis rəisi təyin olunub.

araz.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Polis polkovnik-leytenantı Səməd Akif oğlu Məhərrəməv Şuşa Şəhər Polis Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, S.Məhərrəmov Vətən Müharibəsinin iştirakçılarından olub. O, bundan əvvəl Goranboy Rayon Polis Şöbəsində çalışıb.

araz.az xəbər portalı.