sexsiyyet

Vətəndaşların üzləşə biləcəyi əlavə çətinliklərin qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən sərtləşdirilmiş karantin rejimi nəzərə alınmaqla Təhsil Nazirliyi ilə qarşılıqlı razılığa əsasən Dövlət İmtahan Mərkəzi buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının “Şagird-məzun” sisteminə əlavə edilməsi ilə bağlı bir sıra dəyişikliklər edib.

araz.az  Turkustan.info-ya istinadən həmin dəyişiklikləri təqdim edir:

– Fərdi məlumatları “Şagird-məzun” sisteminə artıq daxil edilərək qeydiyyatdan keçmiş, lakin şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlər həmin sənədlə buraxılış imtahanlarında iştirak edə biləcək;

– 01.09.2020-ci il tarixindən sonrakı müddətdə şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlərin müvafiq məlumatlarının həmin sənəddə göstərilən şəkildə “Şagird-məzun” sisteminə daxil edilməsi mümkün olacaq;

– Buraxılış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi müddəti 2021-ci il fevral ayının sonunadək uzadılacaq.

Xatırladaq ki, dekabrın 14-dən ölkə ərazisində bir sıra iş və xidmət sahələrinin fəaliyyəti dayandırılıb, habelə bir sıra dövlət orqanlarının, o cümlədən idarə, müəssisə və təşkilatların fəaliyyəti məhdudlaşdırılıb, həmçinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq edilib.

araz.az xəbər portalı.