Tovuz rayonunun Dönük Qırıqlı kənd sakini Səadət Lətif qızı Aslanova saytımıza şikayət ərizəsi ilə müraciət edib. Şikayətçi ərizəsində qeyd edib ki, qardaşı Sahibin qızı Ayşən Aslanovanın həyat yoldaşı, Tovuzun Qovlar şəhər sakini Orxan Hidayət oğlu Məmmədli bu ilin iyun ayının
7-sində həm ona, həm də atası, 76 yaşlı Lətif Məhərrəm oğlu Aslanova hücum edərək, bərk ağac parçası ilə, çoxsaylı zərbələr vurub. O, qəsdən vurulan bu zərbələri nəticəsində, hücuma məruz qalanlara ciddi bədən xəsarətləri yetirib. Baş nahiyəsindən çoxsaylı zərbələr alan ağsaqqal atası dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat olunaraq, beyin sümüyünün bir hissəsi çıxarılıb. Uzun zaman xəstəxanada qalan Lətif kişi bir müddət sonra rəhmətə gedib.
Şikayətçi ərazisində xüsusi olaraq onu vurğulayıb ki, atasını öldürməsinə baxmayaraq, Orxan Məmmədlinin barəsində həbs qətimkan tədbiri seçilməyib. Bu, onun davamlı şikayətlərindən sonra — 29.07.2020-ci il tarixində olub.
Sonradan ona məlum olub ki, bu davadan bir müddət sonra, Lətif kişinin yanına Orxan Məmmədlinin yaxınları notariusla gəlib, ona zorla hansısa sənədə imza atdırıblar. İndi isə ona aydın olub ki, yaralı atasının imzaladığı həmin sənəd, onun Orxan Məmmədlidən şikayətçi olmamasına dairdir. Halbuki atasına xəsarət yetiriləndən sonra, o, ümümiyyətlə, yataqda qalıb və danışa bilməyib.
Tovuz Rayon Polis Şöbəsinin müstəntiqi Ülvi Salmanov tərəfindən Orxan Məmmədlinin barəsində CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. Bu maddənin törədilmiş həmin cinayət əməlinə heç bir aidyyyəti olmadığından, Ayşən və onun yaxınları aidiyyatı qurumlara çoxsaylı şikayətlər ediblər. Bundan sonra isə, Orxan Məmmədlinin törətdiyi cinayət əməli CM-nin 126.1-ci maddəsindən, 126.3-cü maddəsinə tövsif edilib. Həmin cinayət işində müstəntiq Ülvi Salmanov Sahib Aslanovu zərərçəkmişin hüquqi varisi kimi tanıdıb. Halbuki Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə görə, müstəntiq zərərçəkmişin yaxın qohumlarına, onu, zərərçəkmişin hüquqi varisi kimi tanımaq istəyib-istəmələrinə dair məktub göndərməliydi. Amma Ülvi Salmanov bunu etməyib, nə şəxsən ona, nə də bacısına Sahibi zərərçəkmişin hüquqi varisi kimi tanımaq istəklərinin olub-olmamasına dair heç bir məktub göndərməyib. Beləcə, onlardan xəbərsiz qardaşları Sahib Aslanovu zərərçəkmişin hüquqi varisi kimi tanıtdırıb.
Şikayətçi Ayşən Aslanova ərizəsində onu da qeyd edib ki, özü, zərərçəkmişin hüquqi varisi kimi tanınmaq üçün, təxminən 2 ay bundan əvvəl Tovuz Rayon Polis Şobəsinə müraciət etməsinə baxmayaraq, həmin ərizə indiyə qədər də cavablandırılmayıb. Halbuki Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə görə, həmin ərizəyə 3 gün müddətində baxılmalıydı.
Şikayətçi ərazisinin sonunda göstərib ki, o, birliknamine.az saytı vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə də müraciət ünvanlayıb. Onun zərərçəkmiş şəxsin varisi qismində tanınması məsələsinin həll və atasına Orxan Məmmədlidən şikayətçi olmamasına dair imzalatdırılmış sənədin tədqiq olunmasına görə, eləcə də notariusun hansı şəraitdə atasına həmin sənədi imzalatdırmasına və onu evlərinə kimin dəvət etməsinə, atasının ölümü ilə bağlı faktları gizlədən və ya gizlətməyə çalışan şəxslərin müəyyən olunaraq, cəzalandırılmasına köməlik edilməsinə dair hüquq-mühafizə orqanlarına və əlaqədar qurumlara ciddi göstərişlər verməsini ölkə başçısından xahiş edib. Xəbər saytı olaraq, şikayətçinin video-müraciətini də təqdim edirik:
[bt_youtube url=”https://www.youtube.com/embed/DbyViu8tbo8″ width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
birliknamine.az
araz.az xəbər portalı.