Gəncə şəhərindəki Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun təşəbbüsü ilə, həmin ali məktəbin bir qrup əməkdaşı və ayrı-ayrı ictimai təşkilatların nümayəndələri Vətən Müharibəsində şəhid olan Canlar Asif oğlu Cavadovun ailəsini ziyarət ediblər. Universitet rəhbərliyi adından, bu təhsil müəssisəsinin
himayəyə götürdüyü bu şəhid ailəsinə həmişə hərtərəfli kömək ediləcəyi bir daha çatdırılıb.
Şəhidin ailə üzvləri, göstərilən bu diqqət və qayğıya görə, universitet rəhbərliyinə öz minnətdarlıqlarını çatdırıblar.
araz.az xəbər portalı.