Hazırda torpaqlarımızda, o cümlədən Laçın ərazisində olan Rusiya “sülhməramlıları”dan, onların nəzarəti altında qalan Laçın şəhəri, Şuşanın Qaladərəsi, Kirov, Salatınkənd kəndlərindən danışanda gözümün qabağına hələ 1988-1991-ci illərdə “sülhməramlı”ların “qoruduqları” ərazidə vəhşicəsimə öldürülmüş Məhi, bətnindəki və qucağındakı körpəsi ilə birlikdə qətlə yetirilmiş Maya, bədəni dəlik-dəlik edilmiş qardaşım Rza, gənc ömrü yarımçıq qoyulmuş jurnalist Salatın Əsgərova və onlarla belə amansız qətllər gəlir… Bütün bu faciələrin səxsən şahidi və iştirakçısı olmuşam…”
araz.az Sozcu.az-a istinadən xəbər ki, bunu 1988-1992-ci illərdə Laçında yaradılmış Müdafiə Komitəsinin rəhbəri, Ərazi Müdafiə Taborunun və 811 saylı Laçın alayının komandiri olmuş ehtiyatda olan polkovnik Arif Paşa söyləyib.
“1989-1991-ci illərdə Laçın-Şuşa yolunun keçmişlərdən ermənilərin terror oylağı olmuş, hazırda Salatınkənd adlanan əvvəlki Onvers(ermənilər “Yexsaox” adlandırır) kəndindən və Böyük Qaladərəsi kəndinin qarşısından keçən hissəsinə “ölüm yolu” deyilirdi. 1991-ci ilin mayında həmin və digər bir neçə kənddəki ermənilər Laçın polisi və özünümüdafiə dəstəsinin iştirakıyla köçürüldü. Lakin təəssüf ki, 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildikdən sonra ermənilər yenidən o kəndlərə qayıtdı. Və bu gün əgər erməni mediasında yayılan məlumatlar doğrudursa və o məntəqələr, o cümlədən Salatınkənddə yenidən “sülhməramlı” adlanan Rusiya hərbçilərinin himayəsi altında silahlı ermənilərlə doldurulursa, bu gələcəkdə həm Laçın, həm də Şuşa rayonunda yerləşən hərbçilər, eləcə də oraya köçüb yaşayacaq dinc sakinlər üçün təhlükəli bir gələcək vəd edir…”
Arif Paşadan məlumatı olmayan oxucularımız üçün Qarabağın, o cümlədən Şuşanın belə bandit, terror oylaqlarında Rusiya hərbçilərinin və onların himayəsinə sığınan erməni yaraqlılarının nələr törətməyə qadir olduğunu əyani şəkildə anlamalarından ötrü 1989-cu ildə şəhid dostu, Müdafiə Komitəsinin üzvü olmuş Rza Sadıqovla birgə Salatınkənddə məruz qaldığı terror aktı haqda ətraflı danışmağı xahiş etdik.
“1989-cu il oktyabr ayının 9-u… Başçılıq etdiyim Müdafiə Komitəsinin 100 nəfərə qədər döyüşçüsü ilə gecəni səhərə qədər keşik çəkdiyimiz Laçın rayonunun Suarası kəndindən qayıdırdıq.Yolda oturduğum avtomobilin icərisində Bakıdan göndərilmiş milis işçisinin atdığı güllə papağımı başımdan 5 mm yuxarıdan deşib keçmişdi. Həmin əməkdaşı yaxalasaq da, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi gecə gizli şəkildə Laçından vertolyotla qaçırıb apardı…
Elə həmin günün axşamı ŞƏHİD Rza Sadıqovla Susa şəhərinə yola çıxdıq. Müdafiə Komitəsinin qərargahı qarşısında dayanmış o vaxtkı sovet-rus ” sülhməramlıları”nı gəzdirən “UAZ” markalı milis maşını bizdə sübhə yaratmamışdı…
Laçından 8 km məsafədə yerləşən Şusanın Salatınkənd (əvvəlki adı Onverst) kəndınə az qalmış Rza Sadıqov başı ağrıdığı üçün məndən maşını idarə etməyi xahiş etdi. Taleyin bizə hazırladığı müdhiş sürprizdən xəbərsiz yola davam etdik…
Sən demə, başda rus polkovniki İvanov olmaqla 3 nəfər hərbçidən ibarət qrup Salatınkənddə olan rus “sülhməramlı” postuna “sürücünün yanındakı öldürülsün” əmrini veribmiş…
Bu minvalla postda avtomobili yoxlamaq bəhanəsi ilə bizi saxladılar. Avtomobilin günlüyündə mühərrikin ehtiyat açarı var idi. Mənə yük yerini açmağı təklif etdilər. Yük yerini açarkən hər iki tərəfdən rus əsgərləri üstümə hücüm etdılər. Bu zaman avtomobil işə düşdü. Rza ehtiyat açarla mühərriki işə salmışdı. O avtomobili arxaya – qolumdan yapışan əsgərlərin üstünə sürmək istəyirdi. Mən ona “Çıx get, xilas ol! Sən xilas olsan, məni də xilas etmək üçün kömək gətirərsən”, – deyə çığırdım. Onun mənə baxdığı baxışlarını görsəydiniz… Avtomobil Şusaya tərəf şütüdü. Rus “sülhməramlıları” bir-birınə söykənmiş halda gedən avtomobilə atəş açdıqları an qollarımı məni tutanların əlindən azad edib atəş açanların üstünə atıldım… Onların müvazinəti pozuldu, atılan güllələrdən biri arxa şüşənin sol küncünə dəydi. Avtomobil isə döngəni dönərək atəş altından çıxdı… Rus hərbçilər qollarımı bağlayıb məni orada duran ermənilərın qarşısına atdılar. Sonra ruslar da, ermənilər də başıma, bədənimə ayaqları ilə zərbələr endirməyə başladılar. Başımı sağa-sola döndərib gözlərimi qorumağa çalışırdim. Az sonra axışıb gələn erməni qadınları da başımı təpikləməyə başladılar. Arada gözümə dikdaban qadın ayaqqabılarının da dəydiyini hiss etdim. “Dikdaban ayaqqabını cavanlar geyir, bəs deyirdilər kənddə cavanlar qalmayıb” fikri keçdi beynimdən…
Bu dəm adamların ayaqları arasından bir az əvvəl Müdafiə Komitəsinin qərargahı qarşısında gördüyüm milis maşınının gəlib dayandığını gördüm. Maşından düşən rus polkovnik adamlardan nəsə soruşandan sonra qəzəblə maşına sıçradı. Avtomobil sürətlə Rzanın getdiyi istiqamətə tərəf şığıdı. Yaşlı bir erməni qadın səsi bizim dildə ” bıçaq gətirin, gözlərini çıxaraq” , -dedi.
Çətinliklə ayağa qalxa bildim. Ayaqlarımla qarşıma cıxanın baş nahıyəsinə, çənəsinə agır zərbələr endirirdim. Vəhşi canavar kimi savaşırdım. İtirməyə bir şeyim yox idi. Vuruşub şərəflə ölmək lazım idi…
Arxadan məni tuta bildilər və sürütləyib yol kənarında olan bir zamanlar poçt binası olmuş böyük otağa atdılar. Bir qədər keçmiş bayaqkı “sülhməramlı” polkovnik içəri daxil oldu. Mənə keşik çəkən pulemyotçuya nə isə dedi və çıxdı. Pulemyotla mənə keşik çəkən uzun saqqallı bir erməni idi. O, köndələn durmuş stolun uzun tərəfini mənə tərəf çevirib pulemyotun ayaqlarını açaraq mənə tuşladı. Bu zaman mən ayağa qalxdım . O nə fikirləşdisə, cibindən uzun və kənarları tiftikli qara bir dəsmal çıxararaq mənə tərəf gəldi. İçəridə ikimiz idik. Mənə yaxınlaşanda ayağımla başına zərbə vurub buradan çıxacagıma ümid edərək duruşumu nizamladım. Elə bu an iki avtomatlı adam erməni dilində nə isə danışıb gülüşə-gülüşə içəri girdi. Artıq düşündüyümü etmək mümkün deyildi. “Bitdi ” deyə düşündüm. Amma daxilimdə qəribə bir təntənə var idi. Zərrə qədər qorxu hiss etmirdim. Erməni pulemyotçu mənə yaxınlaşdı. Mənə elə gəldi ki , o mənim gözümü bağlamaq istəyir. Düz alnına tüpürdüm. “Tüpürdüyüm yerə at, dığa” ,- dedim. O, əlindəki qara parça ilə alnını sildi. Dişlərinin xırçıltısın eşıtdım… Pulemyota yaxınlaşıb barmağını tətiyə qoyaraq mənə tuşladığı an bayırda möhkəm səs-küy qopdu. Azərbaycan türkcəsində gələn səslər onu dayandırdı. İçəri tələm-tələsik bir neçə nəfər də daxıl oldu və məni küncdə bir kətilin üstündə oturdub içəridə olan bütün kətilləri üst-üstə qalaqlayaraq məni gizlətdilər. Kətillərin arasında qalan dəlmə-deşiklərdən otağın qapısını görürdüm…
Qapı zərblə açıldı və Laçın gecə milisinin rəisi Əli Abduləliyev (Tanrı ruhunu şad etsin) qəzəblə içəri daxil oldu. O, otağa diqqətlə baxıb kətil yiginina yanaşdı və təpiklə vurub onları aşırdı. Mənim üçün bu, çox gözlənilməz idi. Əli müəllim başımın üstündə ayaq üstə durmuşdu. Mən isə oturduğum yerdən ona baxırdım. O, mənim qanın içində olan başıma baxırdı. Gözlərindən çənəsinə doğru göz yaşları süzülürdü… Ayağa qalxdım. Əli müəllim məni qucaqladı. Mən də “Yaxşıyam” , – dedim. Bayıra çıxanda o vaxtkı Şuşa rayon milis rəisi Sadir Məmmədovu da gördüm… Milislər dedi ki, Şuşaya getməliyik… Sonradan məlum oldu ki, o vaxtkı Qarabağ xüsusi idarəsinin rəisi Volskini göstərişi ilə qətlimə nail bilməyənlər məni Xankəndinə gətizdirərək barəmdə cinayət işi qaldırmağa çalışıblar. Lakin xalqın və Bakıdakı milli qüvvələrin tələbi ilə bu fitnə baş tutmadı…
Bir az əvvəl məni yerdə təpikləyən rus və ermənilərin ayaqları arasından gəldiyini gördüyüm rus polkovniki İvanov “sürücünün yanındaki necə oldu” sualını vermiş, sonra gedıb yolda Rzanı qətlə yetirmişdilər…
Yaxınlaşıb baxanda görüblər ki, mən deyiləm. Təzədən kəndə qayıdıb pulemyotçuya məni güllələmək əmri vermişdi. Yolda təsadüfən yerimizi dəyişməyimiz onların aglına gəlməmişdi..
Əgər polkovnikin məni oldürmək üçün ovçu hərisliyi onu tələsdirməsəydi, o adamlarının ayaqları altında təpiklənənin kim olduğu ilə maraqlanar, axtardığı adamın elə burada saxlandığını bilər və heç Rzanın dalınca getməzdi… Və o halda Rza həlak olmaz, mən öldürülərdım.
Rza həlak oldu, məni isə 8 km yolu qısa müddətdə piyada, maşınla tökülüb gəlmiş 4 min nəfər Laçınlı xilas etdi…TANRININ qismətindən qaçmaq olmur! Əli Abduləliyevin ruhu şad olsun!
TANRI Rza Cəlal oğlu Sadıqovun və BÜTÜN o vaxtkı və indiki SƏHİDLƏRİMİZİN RUHUNU ŞAD ETSİN!..” – deyə polkovnik acı xatirəsini bitirib.
araz.az xəbər portalı.