WhatsApp Image 2020 12 30 at 21.27.35

 
Azərbaycanda aylıq məvacibləri 1000 — 2000 manat arasında olan məmurların milyonlarla dəyəri olan malikanələrə, biznes imperiyasına sahib olmaları barədə, ölkə mətbuatında və sosial şəbəkələrdə dəfələrlə yazılıb. Kütləvi İnformasiya Vasitələrinin əldə etdiyi məlumata görə, aylıq maaşı ilə, sahib olduğu var-dövləti uzlaşmayan məmurlardan biri də Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general –lytenant Əsgər Abdullayevdir.
Əldə edilən məlumata görə, Əsgər Abdullayev kralların, prezidentlərin həsəd aparacağı malikanəyə sahibdir. Xüsusi interyerə malik olan, 3 hektara yaxın ərazidə yerləşən malikanə Şağan qəsəbəsində yerləşir. 
Malikanənin ümumi ərazisi 2400 kvadrat metrə yaxın olduğu deyilir. Burada valehedici çox şeylərlə rastlaşmaq da mümkündür. Bir misal: Həyətdəki ürək şəkilli hovuzun və baş hissədəki şüşədən yığılmış qış qülləsi malikanəyə xüsusi gözəllik verir. Təxmini hesablamalara görə, bu malikanənin hazırkı qiyməti 10 milyon manatdan artıqdır. 
Qeyd edək ki, Əsgər Abdullayev Babək rayonunun Nehrəm kəndindəndir. O, 2006-cı ildən Dövlət Gömrük Komitəsinin sədr müavinidir. İddialara görə, onun övladları Amerika Birləşmiş Ştatlarında yaşayır.                     

 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.