kasim tokayev 230319 2 768x403 1

“Son illərdə Türkiyənin beynəlxalq aləmdə nüfuzu durmadan artır. Bunu Türkiyə Dağlıq Qarabağdakı münaqişənin nizamlanmasındakı müstəsna rolu ilə sübut etdi. Çox hörmətli dostum Rəcəb Tayyib Ərdoğan, Türkiyənin bu uzunmüddətli münaqişənin həllinə verdiyi töhfəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

Konkret.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 1 yanvarda  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında söyləyib. İki dost ölkənin prezidentləri ötən ilin yekunları və 2021-ci ilin prioritetləri barədə fikir mübadiləsi aparıblar. Qazaxıstan Prezidenti koronavirus pandemiyasına baxmayaraq, iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, son bir ildə qarşılıqlı ticarət həcminin 2,6 milyard dollar olduğunu deyib və əlavə edib ki, yaxın gələcək üçün hədəfimiz bu göstəricini 3 dəfə artırmaqdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu il yanvarın 10-da Qazaxıstanda baş tutacaq parlament seçkilərinin uğurlu keçməsini arzulayıb və türkiyəli təmsilçilərin onları müşahidə edəcəyini qeyd edib. Söhbətin sonunda siyasətçilər Türkiyə prezidentinin bu il Qazaxıstana səfərinin mümkünlüyünü də müzakirə ediblər.

araz.az xəbər portalı.