WhatsApp Image 2021 01 02 at 14.45.19

 
Bismilllahi Rəhmanir Rəhim!
 
Bu günlər şəhadət ətri, şəhidlərin adı və xatirəsi Azərbaycanın hər bir yerindən hiss olunmaqdadır. Şəhid ata və anaları öz övladlarına olan eşqlərini televiziya proqramlarında danışır və ölkə əhalisi şəhidlərə bəslədikləri hörməti böyük qürur və iftixarla göstərirlər.

 
Xalq Vətən müharibəsində canlarını qurban verənlərin qədrini bilir və vurğulayır ki, əsl qəhrəman bu şəhidlər və onların ailələridir. Hər yerdə ölkənin ərazi bütövlüyü, müstəqilliyi və Qarabağın azadlığının məhz şəhidlərin qanı bahasına təmin olunduğu deyilir.

 
Azərbaycanın mərd oğulları döyüşdə çoxsaylı rəşadətlər göstərmiş, qəhrəman adı və digər təltiflər almışlar ki, xatirələri əbədi olaraq diri qalacaqdır. Vətən adı, şəhadət, İmam Hüseyn (ə) və azadlıq kəlmələri şəhidlərin, qazilərin uğrunda can verdikləri müqəddəs ideallardır ki, 44 günlük mühaibə zamanı, xüsusən də Şuşa döyüşlərində əsil qəhrəmanlıq mücadiləsinin  şahidi olduq.WhatsApp Image 2021 01 02 at 14.45.22
 
Bu günlərdə İranda namərdcəsinə terror edilən SEPAH-ın Qüds qüvvələrinin komandanı şəhid Hacı Qasim Süleymaninin ildönümüdür. General Hacı Qasimin həyat dastanı eşqin yeddi mərhələsini ehtiva edir və elə bil özünü tanıyandan beynində bir qığılcım kimi parladı. Özünü çölə, dəryaya vurdu ki, həqiqi məşuqunu tapsın…
 
Şəhid Süleymaninin ailə, ata-ana, həyat yoldaşı, övladları ilə münasibətləri din və eşq məktəbindən götürülmüş və onun özü bu məktəbi tanıdanlardan biri olmuşdur. Bugünkü cavanlar əgər ideal həyat tərzi axtarırlarsa, şəhid Hacı Qasim Süleymani onlara yaxşı nümunə ola bilər və mürüvvət, candan keçmək yolunu göstərə bilər.
Hacı Qasimin həyat dastanının digər dastanlarla bir əsas fərqi vardır.WhatsApp Image 2021 01 02 at 14.47.47

 
Onun dastanı həqiqi və ilahi eşqən yaranmış dastandır və bu ibrətamiz hikmət, əxlaq dərsləri və mərdliyi dini dastanlardan əldə etmək mümkündür. Hacı Qasimin həyat dastanında riyakarlıq və yalançı dastanlara yer yoxdur, əslində bütün hadisələr həqiqətən İlahi məşuqa olan möhkəm etiqadından irəli gəlir. Görəsən, məşuqunda nə görmüşdür ki, 40 il davamlı şəkildə istidə, soyuqda  ən çətin şəraitdə, güllələr altında onun ardınca olub, cazibəsində qalıb..? Öz məşuqunda nə görüb ki, bütün varını, valideynlərini, ailəsini, övladlarını ataraq ona meyil eləmişdir..? 
 
Hacı Qasimin hekayəsi eşq yolunun saliklərinin hekayəsidir – bağışlanmaq mərhələsindən başlayıb mərifət, tanımaq və daha sonra istiğnaya çatırlar və bu mərhələdə öz dərdlərinə dərman tapır, sonra isə tohid mərhələsinə yetişirlər. Bu mərhələdə bütün maddiyyatdan keçib, dünyaya bağlılıqlarını ayaq altına qoyur, hicrət mərhələsnə başlayır və öz məşuqlarına tərəf hərəkət edirlər. Bu irfani hərəkətdə və fəna etməkdə dünyadan bixəbər qalır və qəlbi ilahi sirlər məkanına çevrilir və bəzən də ən mübhəm sirlər onun dilindən cari olur. Həmin mərhələdə davam edərək, varlığın zatında fənalıq və İlahi vəhdətdə tam fəna olmağı bacararaq, dəqiq bu səbəb üzündən illərlə çəkilən zəhmətdən sonra məşuqa çatır və şəhidlik məqamında məşuquna yetişib aramlaşır.WhatsApp Image 2021 01 02 at 14.47.50
 
Hacı Qasimin hekayəsi həqiqi eşq hekayəsidir. Şərəfli həyatı boyunca məşuquna çatmaqdan ötrü heç nəyi əsirgəmədi. Vasitələr yaratdı və özlərini məşuqa yaxın bilənlərdən, duyanlardan xahiş elədi ki, onun da şəhidlik məqamında məşuquna yüksəlməsi üçün dua etsinlər…

 
Böyük alimlərin, şəhid ata-analarının xidmətinə gedib, məşuqa çatmaqda vasitəçilikləri üçün onların da xeyir-duasını alırdı. Onun eşqi təkcə sözdə yox, əməldə də görünürdü. Bəzən şəhid ailələrinə məhəbbəti öz ailəsinə sevgi və sayğısından artıq olurdu. Bəzi şəhid valideynlərini ziyarəti, onların qayğıları ilə maraqlanmağı öz ailəsini ziyarət etməkdən üstün tututrdu.WhatsApp Image 2021 01 02 at 14.47.52
 
Hacı Qasim Süleymani xəyal  qəhrəmanı deyil, əksinə öz məşuquna çatmaq üçün əxlaq, elm və şücaətlə bəzənən böyük şəxsiyyətdir. O təvazökarlıqda, Quran əzbərləmək üçün fürsətlərdən bəhrələnməkdə, xalqa xidmətdə və şəhid ailələrinə münasibətdə məşhur idi və duyurdu ki, şəxsiyyəti belə işlərlə təkmilləşir və bunlar olmasa, məşuq tərəfindən qəbul edilməz. Və bəzən də hss edirdi ki, bütün yaxşılar və səngər yoldaşları məşuqa tərəf getmiş və o geriyə qalmışdır… – bu, onun üçün ağır idi və öz məşuquna çatmaq üçün hər bir qapını döyürdü. 
 
Bəli, bütün şəhidlər qəhrəmanlardır. Əgər şəhidlər olmasaydı, ölkələrmiz, xalqlarımız da azadlığa qovuşa bilməzdilər. Beləliklə, Hacı Qasimin və digər şəhidlərimizin qəhrəmanlıq dastanından bu əxlaqi nəticəyə gəlmək olar ki, bizim hamımızın əxlaqi vəzifəmiz şəhid ailələrini hörmət və şəhidlərin uca məqamlarına ehtiram göstərməkdir.bandicam 2021 01 02 19 42 05 480

 
Qurban ƏLİ PURMƏRCAN, 
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin
Mədəniyyət Mərkəzinin sədri.

araz.az xəbər portalı.