Ermənilərin Sünik (Zəngəzur) mahalındakı Şurnux kəndində Azərbaycan ərazisini qəsb etmək həyasızlığı davam edir.
araz.az Axar.az-a istinadən xəbər verir ki, Sünik qubernatoru Melikset Poqosyan artıq əraziyə erməni hərbçi və sərhədçilərinin gəldiyini, eyni zamanda Rusiya Sərhəd Xidməti dəstəsinin də orada olduğunu bildirib.
O qeyd edib ki, rus sərhədçiləri sərhəddə, o cümlədən Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən 21-ci kilometrliyində dayanıblar:
“Rus sərhədçilər həm də Şurnux kəndindədir. Yerli əhalini provokasiyaya uymamağa və gərginlikdən qaçmağa çağırırıq. Ermənistan ordusu, sərhədçiləri və rus sərhədçiləri vəziyyətə nəzarət edir”.
Qeyd edək ki, torpaqlarımız işğal altında olarkən Şurnux kəndinin sakinləri sərhədi keçərək, Azərbaycan ərazilərini istismar ediblər, hətta torpaqlarımızda evlər, obyektlər də inşa ediblər. Hazırda isə onlar zəbt etdikləri ərazilərimizdən çıxmamaq üçün bütün həyasızlıqlara gedirlər.
Ermənistan sərhədlərini qoruyan rus sərhədçilərinin də sözügedən hissənin Azərbaycan ərazisi olduğunu bildirməsinə baxmayaraq, ermənilər hələ də inad edirlər.
Azərbaycan Ordusu isə sözegdən sahənin və 12 binanın boşaldılması üçün ermənilərə verdiyi vaxtı 5 yanvara qədər uzadıb. Kənddə isə Ordumuz artıq post qurub.
araz.az xəbər portalı.