rus

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağda 400 hektardan çox ərazidə 16 mindən çox partlayıcı vasitə aşkar edərək zərərsizləşdiriblər

araz.az  Turkustan.info-ya   istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən Dağlıq Qarabağda 400 hektardan çox ərazi, 151 kilometr yol, 617 bina, o cümlədən 22 sosial əhəmiyyətli obyekt minalardan təmizlənib. 16 mindən çox partlayıcı vasitə aşkar edilərək zərərsizləşdirilib”, – deyə nazirliyin məlumatında bildirilir.

Qeyd olunub ki, sülhməramlılar ərazilərin minalardan təmizlənməsi zamanı “Uran-6” robot sistemlərindən istifadə edirlər. 

araz.az xəbər portalı.