min təmz

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir.

araz.az  Azsiyasət.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Qeyd olunur ki, əməliyyat zamanı Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 22 hektar əhəmiyyətli obyekt daxil olmaqla 400 hektardan çox ərazini, 151 kilometr yolu, 617 binanı təmizləyib,16 mindən çox partlayıcı maddə aşkar edərək zərərsizləşdirib.

Əlavə edilir ki, Dağlıq Qarabağdakı dağlıq ərailərin minalardan və partlayıcı maddələrdən təmizlənməsi zamanı rus sülhməramlıları hava şəraitini nəzərə alaraq robot sistemlərindən istifadə edirlər.

araz.az xəbər portalı.