171619.jpg

Azərbaycanda artıq bir neçə gündür ki, başqa türkkökənli xalqlarda olduğu kimi müqəddəs Novruz bayramı qeyd edilir.

Lakin təəssüf ki, uzun müddət Sovet dövründə bu bayam qadağan edilib. Böyük mənədi-ədəbi xadim, nüfuzlu ictimai fiqur olan Şıxəli Qurbanovun səyi nəticəsində Azərbaycan yenidən öz Novruzuna qayıtmış oldu. Deyilənlərə görə, məhz bu fədakarlıqdan sonra Şıxəli Qurbanov təqib olunmuşdu. Onun müəmmalı ölümünü Novruzla bağlayanlar da var.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev-ə istinadən Şıxəli Qurbanovun ölümü ilə bağlı daha bir maraqlı versiyanı səsləndirib.

Moderator.az tarixçi alimə istinadən həmin maraqlı faktı təqdim edir:

1930-cu ildən başlayaraq Stalin və Lenin tərəfindən rəsmən qadağan olunan Novruz bayramı Xruşşovun vaxtında SSRİ-nin siyasi həyatında müəyyən yumşalmalara səbəb rəsmi şəkildə bəzi bayramların bərpasına, müvəqqəti də olsa, öz təsirini göstərdi. Azərbaycanda Novruz bayramının yenidən milli bayram olmasında görkəmli partiya və dövlət katibi, yazıçı-dramaturq, ictimai xadim Şıxəli Qurbanovun böyük rolu olub. Rejimin hegemonluğuna, milli şüurun kütləşdirilməsi siyasətinə baxmayaraq, Ş.Qurbanov 1967-ci ildə Novruz bayramının ümumxalq bayramı olmaqla dövlət səviyyəsində qeyd edilməsi təşəbbüsü ilə çıxış edir və öz ideyasını həyata keçirmək yolunda hər cür çətinliklərə qarşı mübarizədən geri çəkilmir. Azərbaycanın bütün bölgələrində, xüsusən Bakı şəhərində Qız qalasının ətrafı Novruz bayramının qeyd olunma mərkəzinə çevrildi.

1967-ci ildə Azərbaycan Dövlət Televiziyası və Radiosu verilişlərini bilavasitə Novruz bayramına həsr etdi. Vertolyotlardan “Yaz – Novruz bayramınız mübarək!” yazılmış vərəqələr Bakının küçə-meydanlarına səpələndi.

Şıxəli Qurbanovun bu cəsarətli addımından sonra Novruz bayramını belə təntənəli keçirilməsi münasibəti ilə Özbəkistandan, Qırğızıstandan, hətta uzaq İraqdan təbrik teleqramları gəlirdi.
1967-ci ildə Azərbaycanda keçirilmiş Novruz bayramı sovet rəhbərlərini, rus-kommunist ideoloqlarını və türkün qanlı düşməni erməniləri qorxuya saldı. Çünki rəsmi sovet bayramlarından fərqli olaraq, Novruz bayramı insanların düşüncəsində milli birlik, milli dövlətçilik, milli kimlik haqqında ideyaları oyadır və coşdururdu. Azad Nəbiyev yazır ki, 1967-ci ildə Novruz bayramının “bahar bayramı” adı altında təntənəli şəkildə qeyd olunması o vaxt SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri işləyən A.Mikoyanın və onun əlaltılarının böyük qəzəbinə səbəb oldu. Erməni separatçılarının liderləri Levon Şaumyan, Mariyetta Şaginyan, Sero Xanzadyan və onlarla başqalarının imzası ilə Kremlə məktublar axını başladı. Bu məktublarda Sovet rəhbərlərinə Azərbaycanda dini bayramın bərpa edilməsi və bu ad altında geniş antisovet kompaniya aparılması barədə böhtanlar başlıca yer tutur, Azərbaycan rəhbərliyinin cəzalandırılması tələb edilirdi. Rəsmi Moskvaya çağrılan Şıxəli Qurbanovu ora izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil. Onu sərbəst buraxırlar. Lakin ermənilər öz qisas və terror niyyətlərin həyata keçirirlər. Qızı Gülnarə xanımın dediyinə görə atasının həyatına üç dəfə qəsd olundu. Bayramdan sonra maşında gedərkən güllə atmışdılar ona, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər alınmayıb.

Həmin ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün “dostu” Əliağa Əhmədov adlı həkimə gedir. İynədən sonra gözlənilmədən xəstənin halı pisləşir, Qurbanov deyir ki, o, boğulur, qusmağı gəlir və 1-2 dəqiqə sonra huşunu itirir. Təcili olaraq diş kabinetinə 4-cü Baş İdarənin rəisi, dosent A.Mirzəzadə, həkim terapevtlər A.Ağababayev və C.Gözəlov, cərrah Z.Ağabəyli, otolarinqoloq Ş.Qasımova çağrılırlar. Qeyd edilən həkimlər Şıxəli Qurbanovun dərin şok vəziyyətdə görürlər, artıq onun nəbzi vurmur, nəfəsi gedib-gəlmirdi. Onun öldüyünü görən həkim pəncərədən tullanıb qaçır. Deyilənə görə dişinə şpritsə 5,0 ml. məhlulda həll olunmuş 200-250 min vahidlik streptomitsin içində sianid turşusu vurulduğu üçün ölür”.

Moderator.az

araz.az xəbər portalı.