ARIFQULI9

Dünən Salyan rayonundan olan tanınmış klarnet ifaçısı Arif  Quliyevin vəfat etməsi xəbəri insanları çaş-baş salıb. Bəziləri dünyasını dəyişən sənətçini Xalq artisti Arif Quliyevlə səhv salaraq təəssüfləniblər.

Aktyor bu xəbəri gülüşlə qarşılayıb: “Dünəndən mənə zənglər gəlir. Hamı bu hadisəni soruşur. Deyirəm, qardaş, o məsələ Allahın əlindədir, olanda da olacaq, yazmaqla deyil ki. Mənə Mirşahin zəng etmişdi, bir az əsəbi idi, dedi ki, onları görüm elə… dedim ay Mirşahin müəllim, bu ikinci dəfədir ki, belə ölüm xəbərimi yayırlar. Ya çaşdırıblar, ya da başqa nədirsə. Bir hadisə yadıma düşdü, o vaxt Xalq artisti İlhamə Quliyeva sağ idi. Bir nəfər mənə zəng edib soruşur ki, siz də Quliyevsiniz, İlhamə xanım da, siz bacı-qardaşsınız?  Dedim hə, Tofiq Quliyev də atamızdır. (Gülür)

Aktyor karantin olsa da maddi vəziyyətindən gileylənməyib:

“Mənim maddi vəziyyətim pis deyil, sağ olsun dövlət bizə təqaüd ayırıb. Əsas hərbi sahədə qələbəmizdir. Sağ olsun ordumuz, bizə bu sevinci yaşatdı. Həmkarlarım bəzən maddi vəziyyətlərindən gileylənirlər. Həyatı Allah verib, bu həyatda həm çətin günü, həm də yaxşı günü. Buna dözmək lazımdır, insanlar səbrli olmalıdır. Hər şeyə alışmalıdır. Mən ayın 30 günü toylara tamada kimi gedirdim. İndi pandemiyadır deyə kimdənsə inciməliyəm? Ona görə deyirlər, işini elə qur ki, sabahını da düşünə biləsən. Qazandıqlarına beş maşın,alırlar iki villa tikdirirlər, sonra da gəlirlər ki, işıq pulunu verə bilmirik. Bəzən mənə deyirlər ki, sənətdən nə qazanmısan? Deyirəm mənim nə villam, nə görkəmli maşınım var. Mən sənətə pula görə gəlməmişəm, mən bu işin fədaisiyəm. Qazandığım xalqın məhəbbəti olub. Bundan böyük nemət yoxdur”.

araz.az xəbər portalı.