yan

Azərbaycanın əbədi və əzəli torpaqlarında özlərinə yurd salmış ermənilər ərazini tərk edən zaman yaşadıqları evləri yandırmaqda davam edirlər.

araz.az  Publika.az-a istinadən xəbər verir ki, bu dəfə Şurnuxdan çıxarılan ermənilərdən biri evini yandırıb. Onun bu əməli kənarda olan şəxslər tərəfindən lentə alınıb

Xatırladaq ki, Ermənistanın Sünik rayonunun Şurnux kəndində (Zəngəzur – red.) 12 evdən ibarət olan ərazi Azərbaycana qaytarılıb. Bu ərazilər Qubadlı rayonun inzibati ərazisinə daxildir. İşğal dövründə ermənilər mövqelərini genişləndirmək məqsədi ilə Qubadlı rayonunun ərazisini zəbt ediblər.

Sözügedən videonu təqdim edirik:

[bt_youtube url=”https://www.youtube.com/embed/H_j3c95viTs” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.