Türkiyənin Yozqat əyalətində baş verən hadisə bütün ölkəni təəccübləndirib.
araz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yozqatda odunçuluqla məşğul olan Duran İlbayın kəsdiyi ağacın gövdəsindən ay və ulduz fiqurunun təsviri çıxıb.
Hadisədən təəccüblənən odunçu bunu çəkərək sosial şəbəkə hesabında paylaşıb. Foto qısa müddət ərzində sürətlə yayılıb. Ağacı almaq üçün xeyli müştəri odunçunu axtarmağa başlayıb.
O, ağacı satmaq fikrinin olmadığını bildirik və onu prezidentin köməkçisi Fuat Oktaya hədiyyə etməyi düşündüyünü deyib.
araz.az xəbər portalı.