“Bəşəriyyət tarixinin ən ağır illərindən birini yola saldı. Buna baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə dövlətimiz çox mühüm uğurlar əldə edib. Belə ki, dövlət başçısı tərəfindən aparılan islahatların nəticəsi olaraq ötən il korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin geniş vüsət alması, siyasi dialoq mühitinin gücləndirilməsi, pandemiyaya qarşı səmərəli mübarizə, ən əsası, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına gətirib çıxaran qələbə bunu deməyə əsas verir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
S.Əsədovun sözlərinə görə, siyasi dialoqun dərinləşdirilməsi istiqamətində atılan addımlar milli həmrəyliyin gücləndirilməsində mühüm rol oynayıb: “Yeni struktur islahatlarının nəticəsi olaraq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və şöbə müdiri Ədalət Vəliyevin siyasi partiyalarla dialoq işini səmərəli şəkildə təşkil etməsi ölkədə milli birlik və həmrəylik mühitinin güclənməsinə töhfələr verib. Nəticədə əksər siyasi partiyalar Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək qətiyyətli dəstək nümayiş etdilər”.
QAŞQAY,
diaspor.info
araz.az xəbər portalı.