2018-03-25-19-26-22nostss.jpg

“Tibbdəki yeniliklər insanların ömürünü 200 ilə qədər uzadacaq”

 


3-cü Dünya Müharibəsi Nostradamusun “Les Propheties” kitabında bəhs edilən ən diqqət çəkən proqnozdur.  Bu proqnoza görə, 2018-ci ildə 3-cü Dünya Müharibəsini başladacaq bəzi hadisələr qabaracaq.
Nostradamus böyük müharibənin Fransa və Avropada başlayacağını və daha sonra bütün dünyaya yayılacağını nəzərdə tutur. Kitabda 3-cü Dünya Müharibəsinə dair belə bir cümlə var: “Dünyanın iki böyük gücü arasında  savaş başlayacaq və 27 il davam edəcək”.  Bəzi ehtimallara görə,  Çin, Rusiya, Şimali Koreya ittifaqına qarşı ABŞ savaş açacaq.
 
 
 Nostradamusun kitabında belə bir cümlə də yer alıb: “Zənginlər ölüb-diriləcək”. Bir çoxları bu cümləni baş verəcək 3-cü Dünya Müharibəsi sonrası yaşanacaq iqtisadi böhranla bağlayır.
 
 Nostradamus 2018-ci ildə ABŞ daxilində böyük fəlakətlər yaşanacağını bildirir. Məşhur kahinə görə, ABŞ-ın qərbində böyük bir zəlzələ baş verəcək və zəlzələ qlobal diametrdə fəlakətlər gətirəcək. Maraqlıdır ki, 2016-cı ildə ABŞ Geologiya Araşdırmaları Təşkilatı həmin ərazidə seysmik aktivlik olduğunu təsbit edib. Elm adamları da ABŞ-ın qərbində və Kaliforniya fay xəttlərində uzun müddətdir 8 bal və daha böyük bir gücdə zəlzələnin olmadığına diqqət çəkir.
 
 Nostradamus, İtaliyada Vezüy Yanardağının partlayacağını və nəticədə 6 min insanın həyatını itirəcəyini söyləyir. 
 
 
 
Nostradamusun kitabında  “Tibbdəki yeniliklər insanların ömürünü 200 ilə qədər uzadacaq” deyə qeyd də var. Bir çoxları bu cümlədən 80 yaşında bir adamın 50 yaşında görünməsi kimi bir məna çıxarır. (milliyət)
 

araz.az xəbər portalı.