bandicam 2021 01 07 22 03 02 661

 
Şahin Bağırov,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Vaxtında atılmış addımlar perspektivdə Azərbaycan diplomatiyasının əlinə oynayacaq


Sosial şəbəkələrdə gedən müzakirələrdə Fizuli aeroportunun tikilməsinin heç bir iqtisadi – siyasi əhəmiyyəti yoxdur, israfçılıq, filən-bəşməkəndi… Eynilə bu iddialar ilk vaxtlarda Fizuli – Şuşa magistral yolunun çəkilməsi barədə də səsləndirilirdi. Əslində bunun nə qədər səmərəli iqtisadi əhəmiyyətinin olması, bilavasitə siyasi əhəmiyyətini də şərtləndirir.

Bu gün Yuxarı Qarabağa “respublika”, “vilayət”… statusunu ləğv etməyin ən optimal üsulu kimi bütün infrastrukturların Aran Qarabağa daşınmasıyla həll olunması ən ağıllı variantlardandı. Birincisi, Fizuli – Cəbrayıl rayonlarının yerləşdiyi coğrafiya imkan verir ki, Azərbaycanın nəfinə yeni bir əlverişli regional infrastruktur formalaşsın. Və Yuxarı Qarabağla da iqtisadi cəhətdən əlverişli asılılıq mühitində özünə inteqrativ bağlantılar yaratsın. Bunu əsaslandırmağın əsaslı səbəbləri də var. Çünki həmin şəhərlərin bərpa olunması işində istər Fizuli-Şuşa magistralının, istərsə də Fizuli aeroportunun yükdaşımada əvəzsiz səmərəsi gözləniləndir. Eləcə də işə cəlb olunan yüzlərlə xarici şirkətlərin bölgəyə yerləşdirilməsi və fəaliiyəti üçün əlverişli rahat bir mühitin formalaşması olardı. Həm də bölgəyə yatırılan sərmayənin sürətli, effektiv və modern inşa olunması Yuxarı Qarabağ əhalisinin erməni kəsiminin, eləcə də onların “qoruyucuları hesab olunan sülhməramlılar”ın bəhanələrini önləmək məqsədi daşıya bilər. Əgər Fizuli aeroportu beynəlxalq tələblərə cavab verən, daha modern üslubda inşa olunacaqsa və istifadəsi üçün lisenziya məhz bu aeroporta veriləcəksə, onda Xocalı aeroportunun fəaliyyətinə hansısa zərurət qalmayacaq. Azərbaycan beynəlxalq qanunlara uyğun olaraq Xocalı aeroportundan istifadə üçün icazə verməyəcək və ləğv olunması labüd olacaq. Vaxtında atılmış addımlardır, təqdirəlayiqdir…

Perspektivdə Yuxarı Qarabağı infrastruktur baxımından tam asılılıq vəziyyətinə gətirməyin yolu budur!

P.s. İndiki halda isə heç bir əsasla Xocalı aeroportunun istifadəsini tormozlamaq mümkün olmur. Çünki Yuxarı Qarabağın əhalisinin erməni kəsimi orda yaşadığı üçün və rus “sülhməramlıları”nın niyyəti aydın olduğu üçün bunu əngəlləməyin başqa yolu görünmü

araz.az xəbər portalı.