nmuABŞ-da baş verənlərə, Donald Trampın seçkilərin nəticələrini tanımayaraq öz tərəfdarlarını küçələrə çıxarmasına və Konqresə basqına, artıq 4 nəfərin həlak olmasına gətirib çıxarmış toqquşmalara Rusiyadan ilkin reaksiyalar gəlib. Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədri Konstantin Kosaçev baş verənləri “demokratiyanın hər iki ayağının axsaması” kimi şərh edib.

Senator bu barədə özünün Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Vaşinqton başqa ölkələrə kurs sırımaq haqqını itirib. “Demokratiya bayramı başa çatıb. Bu, təəsüf ki, əslində dibə çöküşdür, mən bunu bədxahcasına sevinmədən deyirəm. Amerika artıq kurs qoymur, üstəlik başqalarına demokratiya kursu təyin etmək üçün bütün hüquqlarını da itirib”,-Kosaçev bildirib.

Rusiya senatorunun fikrincə, amerikalıları etirazlara sürükləyən səbəblər Donald Trampın “özünəvurğunluğu, eksentrikliyi və avantürizmi” olub.

Qeyd edək ki, Kapitoli təpəsində iğtişaşlar baş verib, Tramp tərəfdarları Konqres binasına giriblər. Tramp tərəfdarları qarşısında mitinqdə çıxış edib, onları Kapitoliyə yürüş etməyə çağırmışdı. Bir neçə nəfər qətlə yetirilib. 

araz.az xəbər portalı.