dil 750x430

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub.

araz.az xəbər verir ki, bu barədə AMEA-nın yanvarın 8-də keçirilən iclasında qərar qəbul edilib.

Belə ki, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.Akademik Dilqəm Tağıyev isə AMEA-nın birinci vitse-prezidenti seçilib. Eyni zamanda akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.

Bəs AMEA-nın yeni seçilmiş birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev kimdir?

Dilqəm Bəbir oğlu Tağıyev 6 yanvar 1950-ci ildə Kəlbəcər rayonunda həkim ailəsində anadan olmuşdur. O, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakultəsinə əyani şöbəsinə qəbul olunaraq hələ tələbəlik illərindən elmi tədqiqatlara böyük maraq göstərmiş və ilk elmi işini (1969)-cu ildə çap etdirmişdir. Tartu, Minsk, Tiflis və Novosibirsk şəhərlərində keçirilən tələbə və aspirantların konfranslarında elmi məruzələrlə çıxış etmiş, birinci və üçüncü dərəcəli diplomlara, fəxri fərmanlara layiq ğörülmüşdür. Dərs əlaçısı olmaqla bərabər eyni zamanda ictimai işlərdə də fəal iştirak etmiş, (1970)-ci illərdə Universitet Tələbə Elmi Cəmiyyətinin sədri, Universitet komsomol komitəsinin büro üzvü və Bakı şəhəri komsomol komitəsinin üzvü seçilmiş, Azərbaycan komsomolunun XXVII qurultayının nümayəndəsi olmuşdur .Dilqəm Tağıyev Azərbaycan Dövlət Universitetini (1971)-ci ildə fərqlənmə diplomu ilə bitirərək Moskvada SSRİ EA Üzvi Kimya İnstitunun aspiranturasına daxil olmuş və SSRİ EA-nın həqiqi üzvü, görkəmli kimyaçı akademik H.M.Minaçovun rəhbərliyi altında seolit katalizi sahəsində elmi axtarışlar aparmışdır. SSRİ EA Üzvi Kimya İnstitutunun Elmi Şurasında müvəffəqiyyətlə fəlsəfə doktoru (1975) və elmlər doktoru (1984) dissertasiyalarını müdafiə etmişdir. 1990-cı ildə professor elmi adını almışdır.

Dilqəm Tağıyev Azərbaycan Dövlət Universitetini (1971)-ci ildə fərqlənmə diplomu ilə bitirərək Moskvada SSRİ EA Üzvi Kimya İnstitunun aspiranturasına daxil olmuş və SSRİ EA-nın həqiqi üzvü, görkəmli kimyaçı akademik H.M.Minaçovun rəhbərliyi altında seolit katalizi sahəsində elmi axtarışlar aparmışdır. (7) yanvar (1975-ci) ildə SSRİ EA Üzvi Kimya İnstitunda müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun seolit katalizi sahəsində apardığı prioritet xarakterli tədqiqatlar Moskvada nüfuzlu alimlər tərəfindən yüksək qiymətləndirilmiş, elmi-tədqiqat işlərinin müsabiqəsində dəfələrlə qalib olmuşdur.

Elmi tədqiqatlarını uğurla davam etdirən 34 yaşlı gənc alim 1984-cü ilin aprel ayının 12-də SSRİ EA-nın Üzvi Kimya İnstitutunda doktorluq müdafiəsi üzrə Dissertasiya Şurasının qapalı iclasında dissertasiya müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsinə layiq görülür. Kataliz sahəsində məşhur alimlər A.M.Rubinşteyn, A.Y.Rozovski, K.V.Topçiyeva, O.V.Krılov, V.B.Kazanski, B.K.Nefedov və başqaları azərbaycanlı gənc alimin dissertasiya işini yüksək qiymətləndirmişdilər. Əsasən əcnəbi oxucular üçün nəzərdə tutulan “Nauka v SSSR” jurnalının 1985-ci il, 5 saylı nömrəsində onun tədqiqatlarına həsr olunmuş məqalə çap olunmuşdu. Plovdiv şəhərində keçirilən gənc ixtiraçıların Ümumdünya sərgisində Dilqəm Tağıyevin katalizatoru nümayiş etdirilmiş və Fəxri fərmanla qeyd edilmişdir.

Dilqəm Tağıyev 36 yaşında Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutu direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təsdiq olunmuş, “Əməkdə fərqləndiyinə görə” medalı ilə təltif edilmiş və “Metal-kompleks kataliz” laboratoriyasının müdiri seçilmişdir. 1985-ci ildən fasiləsiz olaraq pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Neft və Kimya İnstitutunda və onun Sumqayıt filialında mühazirələr oxumuşdur.

Azərbaycanın suverenliyinin ilk illərində bəzi qüvvələrin Azərbaycan EA-ya qarşı səsləndirdikləri ittihamlara, hətta onun bağlanması təkliflərinə cavab olaraq 1992-ci ilin fevral ayında ANS kanalının KL-215 verilişində Dilqəm Tağıyev onlara tutarlı cavab vermişdi. Yüksəksəviyyəli mühazirəçi kimi tanınan gənc professoru əvvəlcə Azərbaycan Neft və Kimya İnstitutunun fiziki və kolloid kimya kafedrasının professoru, 1991-ci ildə isə Azərbaycan Tibb Universitetinin ümumi kimya kafedrasının professoru seçsələr də o, eyni zamanda, Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda elmi fəaliyyətini davam etdirmişdi.

Dilqəm Tağıyevin müxtəlif karbohidrogenlərin seolit katalizatorları iştirakında hidrigenləşmə, dehidrogenləşmə və oksidləşmə reaksiyaları sahəsində apardığı tədqiqatların nəticələri (1983)– cü ildə Ümumittifaq Lenin Komsomolu Mükafatına layiq görülmüşdür (kimya və kimya texnologiyası sahəsində SSRİ məkanında kifayət qədər nüfuzlu olan bu mükafata layiq görülmüş yeganə azərbaycanlı). Onun seolitlər üzərində hidrogenləşmə reaksiyalarının tədqiqi sahəsində apardıgı tədqiqatların nəticələri (1985)– ci ildə qeydə alınmış 302 saylı kəşfə tərkib hissəsi kimi daxil olmuşdur.

Bir çox xarici dillərdə çap olunan və əsasən əcnəbi oxucular üçün nəzərdə tutulan “Наука в СССР” jurnalında (№5) Dilqəm Tağıyevin elmi axtarışlarına ayrıca məqalə həsr olunmuşdur. SSRİ EA Rəyasət Heyətinin Yubiley iclasında (1987) kataliz sahəsində mühüm nailiyyətlərdən biri kimi seolitlər üzərində oksidehidrogenləşmə reaksiyalarının tədqiqi sahəsində alınan nəticələr də qeyd olunmuşdur. Bolqarıstanda keçirilən gənc ixtiraçıların dünya sərgisində D.B.Tağıyevin təqdim etdiyi katalizator diplomla qeyd edilmişdir (1985).

Dilqəm Tağıyev Amerika Biblioqrafiya İnstitutunun “Elm Adamı” nominasiyasına layiq gürülmüş və nəşr edilməsi planlaşdırılan “Dünyada Kim Kimdir” biblioqrafik toplusuna daxil edilmək üçün rəsmi dəvət almışdır. Beynəlxalq Sokrat Komitəsinin (Oksford, Böyük Britaniya) təklifi ilə “The Name in Science” mükafatına və fəxri tituluna layiq bilinmişdir. Çində keçirilən Perspektiv Materiallar üzrə üçüncü və dördüncü Dünya Konqresslərinə, ABŞ-da keçirilən Neft kimyası və kimya mühəndisliyi üzrə ikinci Dünya konqressinə və digər tədbirlərə (Dubay, Tailand, Afina) bu sahənin tanınmış mütəxəssisi və eksperti kimi məruzəçi (speaker) qismində dəvət edilmişdir. Avropa elm-sənaye konsorsiumunun mükafatlar üzrə komissiyasının qərarı ilə  “Əmək və biliklə” ordeninə layiq görülmüşdür.

Dilqəm Tağıyev SSRİ EA Kataliz üzrə Şurasının üzvü (1989), Nyu York Elmlər Akademiyasının (1994), Beynəlxalq Seolit Assosiasiyasının (2001), Amerika Kimya Cəmiyyətinin (2003) və Rusiya Təbiətşunaslıq Akademiyasının üzvü (2013) seçilmişdir.

Akademik Dilqəm Tağıyev 750-dən çox elmi əsərin, o cümlədən xaricdə çap olunan 470 məqalə və tezisin, 60 müəlliflik şəhadətnaməsi və patentin, 21 monoqrafiya, kitab və dərsliyin, 16 tədris-metodik vəsaitin müəllifidir. 5 kimya elmləri doktoru və 13 fəlsəfə doktoru yetişdirmişdir. Elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə bir neçə doktorant hazırda dissertasiya üzərində çalışır. O, dəfələrlə Fransa, Almaniya, İspaniya, İtaliya, Avstriya, İsveçrə, Şotlandiya, Bolqarıstan, İsrail, Çexiya, İsveç, Sloveniya, Türkiyə, Rusiya Federasiyası və digər ölkələrdə keçirilən beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirak etmişdir.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Dilqəm Bəbir oğlu Tağıyev 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.

 

 

araz.az

 

araz.az xəbər portalı.