ABŞ-ın hazırkı Prezidentinin oğlu – kiçik Donald Tramp ölkədəki söz azadlığının atasının tvitter hesabının həmişəlik bloklanmasından sonra öldüyünü deyib.
araz.az “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə o, tvitterdə yazıb.
“Dünya ABŞ-a gülür, Mao (Tszedun), (Vladimir) Lenin və (İosif) Stalin isə gülümsəyirlər. Texnoloji nəhənglər Prezidenti senzuraya məruz qoya bilərmi? Söz azadlığı ölüdür və güclü solçular tərəfindən idarə olunur”, – kiçik Donald Trampın paylaşımında deyilir.
Prezidentin oğlu sosial şəbəkə administrasiyasının tezliklə onun da hesabını bloklayacaqlarını istisna etməyib.
araz.az xəbər portalı.