WhatsApp Image 2021 01 10 at 23.35.04

 
 
..ARDNŞ prezidenti bu “çetedə” birləşən doğma-yaxınlarının əliylə, sərvətlərimizin istismarından əldə edilən milyonları həzmi-rabedən keçirir
  

İctimai-siyasi xadim, Böyük Dayaq Partiyası Təşkilat Komitəsinin sədri, “Tərəqqi”“3-cü dərəcəli Vətənə Xidmətə Görə” ordenlərinin laureatı, yazıçı-publisist, 
Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, diaspor fəalı
kimi yaxşı tanıdığımız Mirkazım Seyidov özünün Facebook səhifəsində ARDNŞ prezidenti Rövnəq Abdullayevlə bağlı maraqlı yazı dərc edib. Sosial şəbəkələrdə böyük marağa səbəb olan həmin yazını olduğu kimi təqdim edirik:
 
“Vətən Müharibəsində mənfur düşmənlə, eləcə də müharibə qədər qorxulu olan öldürücü pandemiya ilə mübarizə aparan xalqımız üçün gərgin keçən belə bir məqamda, ölkəmizdə benzinin və dizel yanacağının qiymətinin qaldırılması üçün Tarif Şurasına təklif verən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin əsl məqsədi başqadır. Yəqin ki, Rövnəq Abdullayev bu dəfə öz oğlu Rəşada 1,5 milyonluq yox, daha bahalı saat almaq üçün, itilənmiş dişlərini qıcayıb. Məhz etdiyi bu və bu kimi xoşagəlməz əməllərinə görədir ki, artıq, el arasında da ARDNŞ-ın açmasını belə ifadə edirlər: “Abdullayev Rövnəqin Dədəsinin Neft Şirkəti”. 
 
İllərdi bu qurumda baş verənlər, bu yozumun doğruluğuna şübhə yeri də qoymur. Rövnəq Abdullayevin və ətrafına topladığı doğma-yaxınlarının dövləti necə talamaları barədə mətbuat yazılarına baxmaq kifayətdir ki, bunun doğruluğuna sizlər də şübhə etməyəsiniz. Bu yerdə onu da diqqətinizə çatdırmaq istərdim ki, SOCAR-dakı ən mühüm vəzifələri də, Rövnəq Abdullayevin qohumları və yaxınları tutublar. Deyilənlərin təsdiqi olaraq, gəlin, həmin vəzifə sahiblərinin siyahısına bir daha diqqət yetirək: 
 
— Anar Əlizadə! SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur. O, bu neft şirkətinin faktiki sahiblərindən biri kimi özünü təsdiq edib, çoxdan milyarderə çevrilib; 
 
— Bədəl Əliyev! Anar Əlizadənin bu şirkətdə önəmli vəzifələr tutan qardaşlarından biridir. Çoxdan SOCAR İnformasiya Texnologiyaları Departamentində (rəis İnayət müəllim, onun təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllimdir) satınalmalar üzrə menecer vəzifəsində çalışır;
 
— Nihad Əliyev! O da Anar Əliyevin qardaşıdır. Vəzifəsi SOCAR-da satış direktorudur;
 
— Nüsrət Əliyev! Bu isə, Anar Əliyevin atası, Rövnəq Abdullayevin dayısıdır. Öz oğluna ölkənin senzoru olmadığını indiyədək başa sala bilməyən bu ata, Neft Emalı Zavodunda Qaz sektorunun müdiri vəzifəsini tutub;

\WhatsApp Image 2021 01 10 at 23.32.45
 
— Anar Əliyevin əmisi Azad! Rövnəq Abdullayevin digər dayısıdır. Neft Emalı Zavodunda “Kislorod” deyilən sektorun müdiri vəzifəsi onun adına “özəlləşdirilib”;
 
 — Anar Əliyevin xalası oğlanları! Onların biri “Suraxanı OYL” Əməliyyat Şirkətinin, digəri isə, “Balaxanıneft”in  rəhbərləridir;
— Anarın əmi nəvəsi Ramil Əliyev! O da, burada mühüm vəzifə tutur — xeyli vaxtdır “EKOL”un rəisidir;
 

— Anarın digər əmi nəvəsi Nail Əliyev!  Neft-Yağ Emalı Zavodunun rəisi vəzifəsində özünü möhkəmlədə bilib;
— Anarın yaxın dostu Vasif müəllim! Onu da Anarın özü burada mühüm bir vəzifəyə gətirib. Daha doğrusu, o, şirkətin Neft Kəmərləri İdarəsinin rəisidir…
 
Bu siyahını hələ çox uzatmaq olardı. Lakin buna hələlik ehtiyac duymadıq. Bu yerdə yalnız onu demək istədik ki, bunlar, sanki Rövnəq Abdullayevin SOCAR-da qəsdən yaratdığı bir aktopod sistemidir və o, hər bir ölkə vətəndaşının payına düşən sərvətlərimizin istismarından əldə edilən milyonlarla vəsaiti, bu aktopod sistemi vasitəsilə həzmi-rabedən keçirir.

 
 Konkret desək, onun SOCAR-da qurduğu ailə təsərrüfatı Azərbaycan xalqından vəsaitləri oğurlamaqda peşəkar olub. Bu peşəkarların başında Anar Əlizadənin durduğu barədə yazılanlar isə, çoxdandır ki, Azərbaycan mediasının “bəzəyinə” çevrilib.  SOCAR-dakı bu “qara dəlik” vasitəsi ilə, dövlət əmlakını özününküləşdirmə mexanizmi, çoxdandır ki, açıq-aşkar fəaliyyət göstərir. 
 
Doğrudan da, bu aktopodların — “yırtıcılar çetesinin” burada törətdikləri əsl cinayətlərdir. Bütün bunlar sensasion yazılar mövzusudur! Bəs, görəsən, bu yırtıcılardan canımız nə vaxt qurtaracaq?! Axı, bu adamlar öz qanunsuz əməlləri ilə, dövlət başçısı İlham Əliyevin siyasətini sabotaj etməklə məşğuldurlar. Məmurların bu və bu kimi dağıdıcı əməllərinə görədir ki, ölkədə sosial-iqtisadi problemlər bitib-tükənmir, əhalinin güzəranı düzəlmir ki, düzəlmir! 
 
Yəqin ki, cənab Prezident tezliklə yeni bir islahatlar proqramına da start verəcək. İnanıram ki, gün gələcək, Rövnəq və onun bu ailə təsərrüfatında birləşənlər də damlanacaqlar. Çox qalmayıb. Hər “xod gedənin” bir dövranı olur. Nə qədər güclü olsalar da, onlar, Ramiz Mehdiyev və onun ətrafına topladığı dəstədəkilər qədər güclü ola bilməyəcəklər. Gərək, onların başlarına gələnlərdən dərs alaydılar. Amma, ala bilmədilər…”.           

 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.