“Hesab edirəm ki, prokurorluq orqanlarının əməkdaşları həm Ermənistan silahlı birləşmələri, həm də erməni muzdluları tərəfindən törədilən bütün cinayətlərə dair ilkin sübutları keyfiyyətli, beynəlxalq standartlara uyğun olaraq topladılar”.
araz.az Azsiyasət.com-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev “Real” televiziyasına müsahibəsində deyib.
O qeyd edib ki, prokurorluq orqanlarının bu sahdədə istiqaməti və fəaliyyəti davam edir:
“Çalışacağıq ki, erməni hərbi birləşmələri tərəfindən törədilən cinayətlərin bütün əldə olunan sübutları beynəlxalq müstəviyyə qaldırılsın. Biz beynəlxalq məhkəmələrdə öz kəsişmələrimizi Ermənistan dövlətinə, Ermənistanın vəzifəli şəxslərinə, Ermənistanın konkret dövlət qurumlarına qarşı məhkəmə proseslərinə başlayacağıq. Ümid edirəm ki, bizim orada uğurlar əldə etməyimiz üçün kifayət qədər sübutlarımız da mövcuddur”.
araz.az xəbər portalı.