manatm

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 100 min nəfər vətəndaşın məşğulluğu təmin edilib.

Bunu nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiyalarla iş şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, il ərzində 90 min ictimai iş yeri yaradılıb: “Onlardan 38 mini daimi, 50 mini isə iki aylıq müvəqqəti xarakter daşıdı”.

Nazirlik rəsmisi bildirib ki, pandemiya dövründə 600 min nəfər birdəfəlik maddi yardım alıb: “Ötən il bu ödəmə 6 dəfə həyata keçirilib. Ümumilikdə bunun üçün 450 milyon manat vəsait xərcləndi”.   /cebhe.info/

 

araz.az xəbər portalı.