WhatsApp Image 2021 01 11 at 22.41.43

 
“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvar Moskva görüşü başa çatıb. İlkin məlumata görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağın inkişafı ilə bağlı ortaq Bəyanat imzalayıblar. 
 
Elan edilən Bəyanatın mahiyyətindən görünür ki, danışıqlarda əsasən humanitar məsələlər müzakirə edilib. Ancaq bu həmin görüşün tam olan təfərrüatı deyil. Çünki humanitar məsələnin bu qədər uzun müddətdə müzakirəsinə ehtiyac yox idi. 
 
Əvvəla, humanitar məsələlərdə razılaşma, mahiyyəti etibarı ilə, 10.11.2020-ci il tarixli Bəyanatda öz əksini tapmışdı və bu məsələ ilə bağlı, tərəflər arasında o qədər böyük fikir ayrılıqları yox idi”. 
 
Bu sözləri  hüquqşünas Vüqar Dadaşov başa çatmış Moskva görüşünün yekunu barədə fikirlərini bölüşərkən deyib. araz.az-a da daxil olan həmin açıqlamasında hüquqşünas qeyd edib ki,
 
 11 yanvar Moskva Bəyanatı, öz mahiyyəti etibarı ilə və humanitar məsələlərin həlli baxımından 10 noyabr Bəyanatının davamı kimidir: 
bandicam 2021 01 11 23 16 01 048
“Deməli, səsləndirilməsi hələ məqbul sayılmayan danışıqlar keçirilib. Həmin danışıqların mahiyyətinin və nəticəsinin tam elan edilməməsi, həm də Paşinyan hakimiyyətinin qorunması məqsədini güdə bilər. 
 
Hansı ki, həm Azərbaycan, həm də Rusiya əldə edilmiş üçtərəfli hər bir razılaşmanın Paşinyan hakimiyyətinin öhdəlikləri kimi icrasında maraqlıdırlar. Sözsüz ki, Rusiya hökuməti Qarabağ məsələsinin tam həllində maraqlı deyil, ancaq Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. 
 
Əlbəttə, Putin də bu marağı müdafiə etməlidir. Bir sözlə, Paşinyanın hakimiyyətdə qalmasında Putinin rəhbəri olduğu Rusiya dövlətinin öz maraqları var. 
Bir də, Putinə o da məlumdur ki, Paşinyandan sonra Ermənistanda Rusiya meylli liderlərin hakimiyyətə gəlməsi olduqca çətin məsələdir. Ancaq, daha radikal Qərb yönümlü siyasətçilərin hakimiyyətə gəlməsi ehtimalı olduqca yüksəkdir”.
 
Hüquqşünas bu açıqlamasında daha sonra qeyd edib: “Yeri gəlmişkən, Paşinyana qarşı ölkəsində keçirilən mitinqlərin təsirsiz olmasının və əhali tərəfindən çox az dəstəklənməsinin səbəbi, Ermənistanın Rusiya təsirində saxlanmasını istəməyənlərin çoxluq təşkil etməsidir. 
 
Bu günün Bəyanatından da aydın görünür ki, Rusiyanın, Fransanın və Ermənistanın ən çox marağında olan Qarabağın status məsələsi müzakirə mövzusu olmayıb, lakin onun inkişafı ilə bağlı birgə İşçi Qrupunun yaradılması məsələsinin müzakirəsi isə, birbaşa, Azərbaycanın inzibati orqanlarının ərazidə fəaliyyətinin bərpası deməkdir. Bu rəsmi qrupun yaradılması, həm də Azərbaycanın hələ nəzarətində olmayan yaşayış məntəqələrində dövlət idarəçiliyinin bizim ölkəyə ötürülməsinin ilkin mərhələsi sayıla bilər”.
 
Hüquqşünas Vüqar Dadaşov açıqlamasının sonunda xüsusi olaraq onu vurğulayıb ki, bu görüşün təşkili zamanı Rusiya rəsmilərinin, eləcə də Putinin Paşinyana qarşı siyasi və diplomatik mədəniyyət baxımından məqbul sayılmayan publik davranışları onu deməyə əsas verirdi ki, erməni Baş nazir bu danışıqlarda ümumən dinləyici qismində, yəni, faktiki olaraq, məğlub ölkə parametrlərinə uyğun nümayəndə olaraq iştirak edib: 
 
“Əminliklə demək olar ki, Qarabağ məsələsində, Azərbaycan, məhz Rusiya ilə danışıqlar aparır. Bu görüş öncəsi açıqlamamda da qeyd etdiyim kimi, Rusiyanın Azərbaycana təsir və təzyiq imkanları zərərsizləşdirilib və bu baxımdan, Rusiya danışıqlarda Azərbaycan mövqeyindən çıxış etməklə, bölgədə mövcudluğunu təmin etmək istəyir. 
 

Bəyanatdan göründüyü kimi, Azərbaycan öz siyasi hədəflərinə yaxınlaşmaqda davam edib və sözsüz ki, üçtərəfli 11 yanvar Moskva görüşü Azərbaycanın siyasi və diplomatık uğuru, Vətən Müharibəsində qələbəmizin rəsmiləşməsi üçün bir mərhələdir.”
 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.