WhatsApp

Ən çox istifadə edilən tətbiqlərdən biri olan “WhatsApp”ın istifadəçiləri sürətlə azalır. Buna səbəb “WhatsApp”ın fərdi məlumatları facebooka ötürməsidir. Bu isə təhlükəsizlik baxımından düzgün hesab edilmir.

Bununla bağlı artıq bir neçə gündür ki, istifadəçilərə razılaşma bəyannaməsi təqdim edilir. Hələki yeni şərtləri qəbul etmədən “WhatsApp”ı istifadə etmək mümkündür. Lakin yaxın vaxtlarda bununla bağlı qadağalar tətbiq edilə bilər.

Dünyca tanınmış şəxslər bir-bir “WhatsApp”dan imtina edir və digər sosial şəbəkələrə keçid edirlər. Buna səbəb isə “WhatsApp”ın istifadəçilərə məxsus fərdi məlumatları “Facebook”-a ötürmək istəyidir. Belə ki artıq bir müddətdir ki, bununla bağlı istifadəçilərə təklif göndərilir. Təklifin qəbul edilməyəcəyi təqdirdə fevralın 8-dən etibarən proqramın fəaliyyətinin dayandırılacağı bildirilir.

İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Şirinov bildirir ki, istifadəçilərə pulsuz olaraq təqdim edilən bu tətbiq onların dataları hesabına reklam şirkətlərindən gəlir əldə edir.

Mütəxəssisin sözlərinə görə onsuz da bundan əvvəl də insanların fərdi məlumatları reklam şirkətlərinə ötürülürdü, indi isə bu rəsmi şəkildə edilir. Hazırda facebook-un istifadəçi sayı azalmaqla yanaşı səhmlərinin dəyəri də azalır. Buna baxmayaraq razılaşmanı qəbul etməyən istifadəçilər üçün məhdudiyyətlərin olması gözlənilir.

Fərdi məlumatların əldə edilməsi siyasi proselərə də birbaşa təsir göstərmək üçün istifadə edilə bilər. Məhz bu səbəbdən də bəzi ölkələr artıq öz yerli serverləri üzərində qurulan social şəbəkələrə keçid edir. Qonşu Türkiyədə də Bip sosial şəbəkəsi bir anda xeyli sayda istifadəçi qazanıb.

[bt_youtube url=”https://www.youtube.com/embed/zs_2ocCLP40″ width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.