marukyan

Aylardır həllini tapmayan hərbi əsirlərin geri qaytarılması məsələsinin müzakirəsi və həlli yenidən havadan asılı qaldı. Bu halda niyə sevinirsən, Paşinyan?

araz.az  Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin üzvü, “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyan Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünü şərh edərkən deyib.

Edmon Marukyan deyib ki, dünən Moskvada keçirilən üçtərəfli görüşün nəticələrinə dair sənəd dərc olunduqdan sonra İrəvanda hökumətyönümlü media böyük həvəslə razılaşmadan bəhs edib, Ermənistanı İran və Rusiya ilə birləşdirəcək dəmir yolunun açılacağını vurğulayıb: “Ancaq erməni xalqının bu görüşdən yalnız bir əsas gözləntisi var idi – hərbi əsirlərin qısamüddət ərzində qaytarılmasına dair razılaşma. Amma bu baş vermədi. Yenə də müzakirə Azərbaycanın gündəmi çərçivəsində aparıldı, yalnız Bakının qaldırdığı mövzularda razılaşma imzalandı”.

araz.az xəbər portalı.