photo 2412

SSRİ-nin birinci və sonuncu prezidenti (sonuncu rəhbəri) Mixail Qorbaçov bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək göstərə bilər. Ancaq burada başlıca rol Azərbaycana və Ermənistana məxsusdur.

araz.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, Qorbaçov həll variantının hər iki ölkənin maraqlarından irəli gəlməli olduğunu diqqətə çatdırıb. O, məsələdə “qalib”“məğlub” anlayışının qəbuledilməzliyi üzərində dayanıb. 

“Qarabağa gəldikdə isə, çox çətin, kökləri keçmişə gedib çıxan məsələdir. Münaqişə qızışanda biz çalışdıq ki, hər iki tərəfə kömək edək, həll variantı tapaq”, – deyən M.Qorbaçov əlavə edib ki, hərbi əməliyyatların bitdiyi hazırkı şəraitdə əldə edilmişlərdə dayanmamaq, problemi növbəti on illiklər boyu həll edilməmiş saxlamaq olmaz. 

araz.az xəbər portalı.