Ötən il sentyabr ayının 27-də başlayan Vətən Müharibəsi müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 44 gün mənfur düşmənlə inamla vuruşan rəşadətli Ordumuzun dünya tarixinə qızıl hərflərlə yazılan möhtəşəm qələbəsi ilə başa çatdı. Dövlətimizin başçısı bütün dünyaya Azərbaycanın qüdrətini, Ordusunun gücünü göstərmiş oldu.
Bir sözlə, bu Böyük Qələbə tək uzun zaman düşmən tapdağında inləyən torpaqlarımızı geri qaytatmadı, eyni zamanda dövlətimizin istənilən tapşırığı yerinə yetirə bilən hərbçilərinin olduğunu göstərdi. Məhz bunlara görə də, bu xoş xəbəri uzun zaman gözləyən xalqımızın, elə həmin andan, bu möhtəşəm Qələbəni bizə bəxş edən və adında “Ordu”, “Hərbi”,.. sözləri olan dövlət qurumlarına, eləcə də onların bu Qələbədə payları danılmaz bacarıqlı rəhbərlərinə hörmət-rəğbəti günü-gündən artmağa başladı. Bu Qələbəyə görə, xalqımızın hər bir övladının ölkəmizin Milli Ordusunun və digər hərbi qurumlarının heyət üzvlərinə minnətdarlıq ifadəsi olan o qədər sonsuz təşəkkürləri var ki…
Çox təəssüf ki, Qələbə sevinci ilə dolu bu həssas dönəmdə bəzi belə qurumlarda vəzifə tutanların barəsində sosial şəbəkələrdə və mediada xoşagəlməz, utancverici yazılar da dərc olundu. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina, 6, mənzil, 9 “A” ünvanında yaşayan Səxavət Əhəd oğlu Abdullayev tərəfindən araz.az-a da ünvanlanan şikayət xarakterli bir Müraciət də, həmin vəzifə sahiblərindən biri haqqındadır. Bu həssas məqamda, şikayətçinin bir hərbçi vəzifə sahibi barəsində yazdıqlarındakı bəzi epizodlar utancverici olduğundan, onun Müraciətini nöqtə-vergülünə toxunmadan təqdim edirik:
“AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, ALİ BAŞ KOMANDAN CƏNAB İLHAM ƏLİYEVƏ
MÜRACİƏT
Cənab Prezident!
Hərbi Polisin Qərargah rəisi Quliyev Zahir Özbək oğlu hərbi xidmətdə olan əsgərlərin qida rasionunu, geyim paltarlarını, hətta əsgərlərin hərbi formalarının üzərinə vurulan emblemlərini, əsgərlərin adları yazılmış nişanlarını əsgərlərə pulla satır. Bu yolla qazandığı pulla isə, evakuasiya maşını alıb, icarəyə verir. Bu da vəzifəli şəxs tərəfindən törədilmiş korrupsiya əməlidir ki, Hərbi Polisin Qərərgah rəisi polkovnik Quliyev Zahir Özbək oğlu tərəfindən törədilir.
Onu da qeyd edim ki, maşın ustasıyam. Yəni maşın düzəltməklə beş-on manat pul qazanıb, ailəmi saxlayıram. Həmin Quliyev Zahir Özbək oğlu maşınını mənim usta islədiyim maşın sexində təmir etdirirdi. Bir gün, o, maşınını sexdə təmir etdirən zaman qohumum Fuadla tanış olur. Qısa tanışlıqdan sonra Fuada deyir ki, «evakuasiya maşını tap, pulunu mən verəcəm». Fuad da bunun bu sözündən sonra 45 000 (qırx beş min) manata Göranboy rayonundan evakuasiya maşını tapır və maşının pulunu hərbi polsin polkovniki Zahir Quliyev ödədikdən sonra, maşını alıb qeyri-rəsmi olaraq, həmin evakuasiya maşnını Fuada verir. Bir müddət işlətdikdən sonra, maşının qazancına görə, Fuadla Zahir Quliyev arasında mübahisə düşür və maşın satılası olur. Maşın 37 000 manata satılır.
Nəticədə, qohumum Fuadın Zahir Quliyevə 8 000 (səkkiz min) manat borcu qaldı. Zahir Quliyev mənə dedi ki, «Səxavət, Fuadı sənə görə tanımışam, ona görə də, bu məsələdə zamin sənsən». Bir müddət qohumum Fuad bu pulu ödəyə bilmədi. Bu müddət ərzində də, Zahir Quliyev mənə zəng edib, pulu tələb edirdi. Pulu verə bilmədiyimizi görən Zahir Quliyev mənə dedi ki, «Səxavət belə bir variant var, mən “Kapital Bank”dan 8 000 manat 36 aylıq kreditlə pul götürürəm. Pulu da Fuad ödəyir».Mən onun bu təklifini Fuada dedikdə, o, bununla razılaşdı. Kredit götürüldü. Eyni zamanda, kredit götürülən zaman Zahirlə aramızda notarial qaydada borc müqaviləsi bağlandı.
Bir müddət qohumum Fuad bankın pulunu Zahirə verdi. Bankın aylıq kreditini hər ay Zahir Quliyevin sürücüsü maşınla gəlib, mənim yanımda Fuaddan alıb aparırdı. Beləcə, 4700 (dörd min yeddi yüz) manatı Fuad Zahir Quliyevə ödəyib. Pandemiya ilə əlaqədar karantin rejimi olduğu üçün, borcun qalanını Fuad Zahir Quliyevə ödəyə bilmədi. Buna görə də, Zahir Quliyev qohumum Fuad tərəfindən verilmiş 4700 manat pulu aldığını təkzib edərək, 8 000 manat borc müqaviləsinə görə, məni məhkəməyə verdi və onun mənə qarşı 8000 manat pul tələbinə dair mülki iş üzrə iddiası təmin olundu. Hal-hazırda məhkəmə qətnaməsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsindədir.
Cənab Prezident!
Hərbi Polisin Qərərgah rəisi Zahir Quliyevin belə bir neçə maşını var. Onun maşınlarının toplam qiyməti yüz min manata yaxındır. Hərbi Polisin Qərərgah rəisi maaşı ilə bu qədər var-dövlətə necə sahib olub?! Əlbəttə ki, bu korrupsiya yolu ilə əldə edilmiş var-dövlətdir. Mənim bu yazdıqlarımı subut etmək üçün, 99 DK 688 dövlət nömrə nişanlı maşının qeydiyyatı ilə bağlı araşdırma aparılmasına göstəriş versiniz, onun bu maşına necə sahib olması məlum olacaq. Ona görə də, Sizdən xahiş edirəm ki, bu Müraciətimin ciddi araşdırılmasına tapşırıq verəsiniz!
Dərin hörmət və səmimiyyətlə:
Səxavət Əhəd oğlu Abdullayev”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.