MyGov sənədin etibarlılıq müddətinin bitmə tarixinə son 60, 30 və 10 gün qalmış sizə bildiriş göndərib xatırlatma edəcək”.
Elektron Hökumətin İnkişafı Mərkəzi my.gov.az portalı istifadəçiləri üçün yeni xidmət istifadəyə verib. Bu barədə Sputnik Azərbaycan-a Elektron Hökumətin İnkişafı Mərkəzindən məlumat verilib.
Xəbərdə bildirilir ki, my.gov.az portalında qeydiyyatdan keçən vətəndaşlar şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, sürücülük vəsiqəsi və ya digər sənədlərinizin etibarlılıq müddətinin bitmə tarixini yadlarında saxlamaq məcburiyyətində deyil:
“Çünki myGov sənədin etibarlılıq müddətinin bitmə tarixinə son 60, 30 və 10 gün qalmış sizə bildiriş göndərib xatırlatma edəcək. Beləcə, sənədinizi zamanında yenisi ilə əvəz edəcəksiniz. Bunun üçün my.gov.az portalında qeydiyyatdan keçib şəxsi kabinetinizə daxil olmaq kifayətdir”. /sputnik.az/
araz.az xəbər portalı.