65588.jpg

“Əslində bu bir az qəliz məsələdir. Yəni ki, Saday Şəkərlinin əfv siyahısına salınması üçün özü və ya yaxınları müraciət etməlidir”.

Bu sözləri Moderator.az Saday Şəkərlini Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev deyib. E.Quliyev şairin azadlığa qovuşmasının vacibliyini vurğulayıb:

“Bu müraciətdən sonra Saday Şəkərli əfv oluna bilər. Qaldı ki, ikinci tərəfdən hamı bilir, daha dəqiq desək, bilməyən yoxdur ki, Azərbaycanın istedadlı şairi, təmiz insan, hər kəsə nümunə ola biləcək ziyalının zərrə qədər də olsun günahı yoxdur. Əgər sabah əfv siyahısına düşərsə, və yaxud əfv üçün müraciət edərsə, heç kim deyə bilməz ki, şair niyə bunu etdi?! Şair onsuz da mənəvi cəhətdən azaddır. Amma təbii ki, hamımız istəyirik onun haqqı olan azadlığa qovuşsun və biz hamımız sevinək”.

Xatırladaq ki, bir neçə gün öncə Gununsesi.info saytı hökümətdəki mənbələrə istinadən növbəti əfv sərəncamının may ayında mərhum dövlət başçısı Heydər Əliyevin 95 illiyi münasibəti ilə imzalanacağını xəbər vermişdi. Siyasi məhbuslardan hansının qarşıdakı əfvdə azadlığa çıxma ehtimalına gəlincə, mənbəmiz qeyd edib ki, İlqar Məmmədov, daha bir neçə siyasi fəal və jurnalistin azad olunacağı gözlənilir.

Şair Saday Şəkərli iki il yarımdır ki, həbsdədir. Ona ümumilikdə beş il həbs cəzası verilib.

Vasif Əlihüseyn

araz.az xəbər portalı.