Media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi agentliyin əsas istiqamətlərindən biridir. Hazırda Medianın İnkişafı Agentliyi tərəfindən fəaliyyət planı hazırlanır. Həmin fəaliyyət planı çərçivəsində media subyektlərinin biznes modelinə keçidinə dəstək göstərilməsi istiqamətlərini araşdırmağa çalışacağıq.
Trend-in məlumatına görə, bunu yeni yaradılan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov media subyektlərinin iqtisadi müstəqilliyinin hansı formada gücləndiriləcəyi ilə bağlı suala cavab verərkən deyib.
Onun sözlərinə görə, bu dəstək media subyektlərinin özləri tərəfindən yeni biznes modelə keçidlə bağlı təklifləri əsasında olan layihələr şəklində də ola bilər. Yaxud bu, Agentlik tərəfindən həmin media subyektlərinin biznes modelinin tətbiqinə dövlətin dəstəyi formasının müəyyən edilməsində özünü göstər bilər: ”Biz hazırda bu fəaliyyətin həyata keçirilməsi istiqaməti üzrə araşdırma aparırıq. Bu istiqamətdə geniş müzakirələrin aparılması gözlənilir. Bu müzakirələr nəticəsində media subyektlərinin biznes modelinin formalaşdırılması yollarını müəyyən etməyə çalşacağıq”.
araz.az xəbər portalı.