Koronavirusun Britaniya ştammı uşaqlara daha sürətli yoluxması ilə narahatlıq yaradıb. Mütəxəssislər virusun bu ştammının uşaqlarda özünü fərqli simptomlarla göstərdiyini bildirib.
araz.az Cebhe.info-ya istuinadən xəbər verir ki, araşdırmalar yoluxmuş uşaqların yarısından çoxunda yorğunluq, əzginlik, stress və özünə qapanmanın olduğunu üzə çıxaırb. Daha körpə yaşlarda isə hərarət yüksək olur və uşaq ağrılarını ağlamaqla biruzə verir.
Uşaqlarda Briytaniya ştammının ən çox özünü göstərən əlaməti isə baş və qarın ağrısı olub.
Xatırladaq ki, Britaniya ştammının yoluxuculuğunun çox olduğu bildirilsə də, daha çox öldürü xüsusiyyəti hələ təsdiqlənməyib.
araz.az xəbər portalı.