Ötən gün Ankarada Türkiyə Böyük Millət Məclsinini sədri Mustafa Şentop Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri, Modern Media Grupun rəhbəri, Global Journalism Council-in sədr müavini Elşad Eyvazlını qəbul edib.
Spiker Qarabağın azad edilməsindən, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğundan, Türkiyə mediasının gerçəkləri dünyaya çatdırmasındakı mücadiləsindən danışıb.
O, bundan sonra da iki ölkə arasındakı münasibətlərin qardaşlıq səviyyəsində qalacağından heç şübhə etmədiyini vurğulayaraq, iki ölkə jurnalistlərinin bu məsələdə davranışlarını tədir edib.
E.Eyvazlı Türkiyə parlamentinin sədrinə təşəkkür edib və iki ölkə mediası arasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin təşəbbüsü ilə başladılan Media Platformasının olduğunu, bu platformanın böyük uğurlar qazanacağını bildirib.
araz.az xəbər portalı.