Bu günə qədər 46 ölkədə koronavirus infeksiyası əleyhinə vaksinasiyaya başlanılıb.
araz.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun köməkçisi Mariancela Simao brifinqdə məlumat verib.
“46 ölkədə peyvəndlərin tətbiqinə başlanılıb, onlardan 38-i yüksək gəlirli ölkələrdir”, – xanım Simao belə deyib.
Onun sözlərinə görə, gəliri az olan ölkələrdə də vəziyyəti düzəltmək və vaksinasiyaya başlamaq üçün COVAX mexanizmi hazırlanılıb: “Yanvar ayında deyil, ancaq ümid edirik ki, artıq fevralda yaxşı xəbərlərimiz olacaq”.
araz.az xəbər portalı.