TRT Vorld II Qarabağ Müharibəsi haqqında sənədli film (ingiliscə) hazırlayıb.
araz.az Turkustan.info-ya istinadən xəbər verir ki, sənədli filmdə rəsmilər, II Qarabağ müharibəsinin şahidləri və jurnalistlərin fikirlərinə yer verilib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sənədli filmdə erməni vandalizmindən və rəsmi İrəvanın Azərbaycana təcavüzündən danışıb:
“Füzuli Azərbaycanın, Azərbaycan mədəniyyətinin bir hissəsidir. Təəssüf ki, 28 ildən çox davam edən erməni işğalı nəticəsində Füzulidəki hər şey məhv edilib. Burada bircə dənə də olsa, sağlam bina yoxdur. Füzuli işğaldan azad edildikdə Azərbaycan əsgərləri bayrağımızı sancmaq üçün bir sağlam bina tapmaqda çətinlik çəkdilər…”
Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı hərbi əməliyyatlar barədə danışıb və qeyd edib ki, çətinliklərə baxmayaraq, Azərbaycan Ordusu qarşısına qoyulan tapşırığı yerinə yetirmək üçün əlindən gələni etdi:
“Ordumuz hücum etdi və bu istiqamətdəki bütün əraziləri düşməndən azad etdi”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev qeyd edib ki, bu “ayaq izlərinin” əbədi davam etməyəcəyini Moskvanın da başa düşdüyünə ümid edir:
“27 illik işğal tarixi dövründə Azərbaycan heç bir zaman işğal faktı ilə razılaşmadı. Hətta beş ildən sonra əgər Azərbaycan suverenliyi qalan ərazilərdə (Rusiya sülhməramlılarının nəzarətində olan ərazi – red.) bərpa olunmasa belə, Azərbaycan sonuna qədər gedəcək və ərazi bütövlüyünü bərpa edəcək”.
Axar.az saytının ingilis dili versiyasının redaktoru Rəfiqə Məmmədzadə filmdə bildirib ki, azərbaycanlı gənclər arasında öz qonşularımıza qarşı ağrı və nifrət olduğunu qəbul etməliyik:
“Bu, təkcə torpaqlarımızın 30 illik işğalı ilə bağlı deyil, bu, həm də yaxın keçmişdə gənclərimizin öz ana vətənləri uğrunda verdiyi itkilərlə bağlıdır. Vətəndaşlar arasındakı sülhə nail olmaq mümkündür, amma bu bir gecədə baş verməyəcək. Bunun üçün uzun vaxt lazımdır. Lakin öncə erməni tərəfi öz aqresiyasını və ərazi iddialarını kənara qoymalidır. Biz bu sülhü onlardan daha cox istəyirik, çünki onlar məğlub tərəfdir”
[bt_youtube url=”‘https://www.youtube.com/embed/kLkr0bhRWI4′” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.