Turk puası

PUA-lara qarşı daha güclü hava müdafiə sistemləri yaratmalıyıq.

araz.az Axar.az-a istinadən  xəbər verir ki, bunu Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer deyib.

“Qarabağ müharibəsində PUA-larla fərqli və uğurlu əməliyyatlar aparıldığının şahidi olduq. Bu onu göstərdi ki, PUA-lar asimmetrik təhlükə yarada bilər. Bunlardan dövlətlərlə yanaşı, başqa qrupların, terror təşkilatlarının istifadə etmə ehtimalı da var. Buna görə də bütün hava müdafiə sistemlərimizi yenidən gözdən keçirməyimiz vacibdir”, – nazir bildirib. 

araz.az xəbər portalı.