1521990352-920.jpg

“MedEra Hospital” klinikasında Əli Quliyev adlı biri var. Ondan gördüyüm insanlıq faciəsini, rəzaləti heç yerdə görmədim”.

► Əli Quliyevin bazarkomluğu

Şikayətçi yazıb ki, iki gündür sudurqa altda olan uşağını həkimin yanına aparıb: “10-15 dəqiqəlik qəbulu 50 manatdır. Bu, heç. Əvvəllər də yanında olmuşduq, bir-iki dost da təriflədi deyə məcbur ona üz tutduq.

Uşağı onun yanına aparanda üstümdə ancaq kartda pul qalmışdı. Çünki neçə gündür həkimlərə pul xərcləməkdən nağd vəsait əlimizdə qalmamışdı. Medera klinikanın isə ödəniş terminalında nə baş verdisə kartdan pulu çıxara bilmədilər.

Əli Quliyev

Əli Quliyev

Allahdan kassadakı xanım möhürü vurub, üstünü yazdı ki “əsas həkim uşağa baxsın tez, çıxanda bir tin kənarda bankomatdan çıxararsınız, problem deyil”.

Şikayətçi bildirir ki, Ə.Quliyevin yanına gedirlər: “Otağının qarşısında qəbzi verib növbəmizi gözlədik.

Düz 40 (qızdırmalı balaca ilə) dəqiqə gözlədəndən sonra, Quliyev içəridən kağıza baxıb ultimatum verir ki, “yalnız pulunu keçirtdikdən sonra uşağa baxa bilərəm, buraxmayın, qaytarın getsin, bankomat tapıb ödəsin”.

Bir sözlə, qəbul etmədi ki, belə nisyə məsələlərə vaxtı yoxdur, ona mane olmayım (!) və sair.

Bilirsiniz, mən heç nə demirəm. Onsuz da hər bir ata mənim nə keçirdiyimi, bu hissin nə demək olduğunu anlayır.

Heç pullu xidmətdən də şikayətçi deyiləm. Zatən kassadan məni arxayın edib yuxarı göndərməsələr, gedib bir yerdə tapıb çıxaracaqdım kartdan”.

Valideyn deyir ki, onu dəhşətə gətirən hər 15-20 dəqiqəsi 50 manat olan həkimin təcili yardıma ehtiyacı olan uşağa göstərdiyi münasibətdir: “O, sadəcə 15-20 dəqiqə səbr etməliydi, amma tamah imkan vermədi.

Bir az ağır səslənir, ancaq deməliyəm ki, bu söhbətlərdən sonra uşağın sağalmasını da istəmərəm. Çünki böyüyüb, əsgər olub tibbdəki bu bazarkomu qoruyacaq?

Axı, bu həkim 15 dəqiqə 50 manat gözləyə bilmədiyi üçün övladımı qorumursa, o niyə orduda bu adamın təhlükəsizliyini qorumalıdır?!”

► Ölüm işi – səhlənkarlıq və soyğunçuluq…

Amma “MedEra Hospital” klinikasının adı hallanan ilk belə qandonduran hadisə deyil. Ötən il 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu əməliyyat vaxtı ölüb.

Sol çiyin nahiyəsindən əməliyyat olunan 40 yaşlı kişinin halı birdən-birə daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

cerrah

Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub.

Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Bundan əlavə, “MedEra hospital”da tətbiq olunan qiymət dodaq uçuqladır. Belə ki, burda həkimlərin qəbuluna yazılmaq 50 manatdan başlayır. Klinikada qarın boşluğunun UZM müayinəsi isə 25 manatdır.

Xəstəxanada hamilə qadının müxtəlif qan analizindən keçməsi üçün azı 250 manat tələb olunur. Ümumi qan analizi 14 manat, qanın tərkibindəki mikroblar üçün müayinə 18- 30 manat arasında dəyişir.

“MedEra hospital”da Təcili Yardım xidmətinin qiyməti 50-70 manat arasında dəyişir. Hansısa xəstə bu ödənişi edə bilmirsə, bu o demək deyil ki, xəstə ölməlidir. Elə hallar olur ki, gecənin bir vaxtı xəstənin halı pisləşir.

Və xəstənin yaxınları onlara yaxın ərazidə yerləşən özəl klinikaların Təcili Yardım xidmətindən yararlanmağa çalışırlar.

Yəni belə hallarda özəllər nəinki xəstələri qəbul etməməlidir, əksinə onun vəzifə borcu pulsuz tibbi xidmət göstərməkdir. Qiymətlərdən narazılıqla bağlı da mətbuatda şikayətlərə rast gəlmək olur.

Məsələn, Səid Şövqatov bildiribmiş ki, qulağındakı problem əlaqədar “MedEra” hospitalında həkimin qəbulu üçün 45 manat ödəniş tələb olunub.

“Onlara bildirdim ki, həkim mənə heç bir müalicə yazmayıb, heç bir tibbi yardım göstərməyib.

Dedilər ki, fərqi yoxdur, həkimin qəbulu üçün bu ödənişi etməlisiniz. Biz özəl xəstəxanayıq, bizdə qəbul üçün ödəniş bu qədərdir.

Həmin məbləği ödədim. Mən həmin xəstəxananın heç bir xidmətindən istifadə etmədiyim halda o məbləği niyə ödəməliyəm. Bunun bir adı var, soyğunçuluq”,-deyə şikayətçi bildirmişdi.

Bütün bu məlumat və yuxarıdakı şikayətlə bağlı şirkətin baş həkimi, hörmətli Firəngiz Məhərrəmova və direktoru Qəhrəman Qəhrəmanovun mövqeyini dərc etməyə hazırıq./Azeuronews.com/

araz.az xəbər portalı.