“Tarixçi-alim Dilavər Əzimli hələ də Zığdakı modul tipli klinikadadır”.
Bu barədə “Sherg.az”a açıqlamasında alimin səhhəti ilə bağlı danışan türkoloq-alim, BAO üzvü Faiq Ələkbərli deyib.
O bildirib ki, Dilavər Əzimlinin vəziyyəti ilk günlərdən nisbətən yaxşıdır:
“Hələ də EKMO – süni nəfəs aparatına qoşulu durumdadır. Aparatdan kənar nəfəs almaqda çətinlik çəkir. Həkimlərin ciddi nəzarəti altındadır. Səhhətində müəyyən irəliləyiş var. Ciyərlərin təmizlənmə prosesində də müsbətə doğru dəyişiklik olduğu deyilir. Müraciətlərimizdən sonra Dilavər müəllimə klinikada yüksək səviyyədə baxılır. Ümid edirik, yaxın günlərdə səhhəti tamamilə normallaşacaq”.
araz.az xəbər portalı.