anar eyvazjpg 1601282041

 

“Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə yaradılmış komissiyaya “veteran adı” və yaxud “veteran kitabçası”nın verilməsi səlahiyyəti verilməyib”.

araz.az  Mia.az-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

MN rəsmisi vətəndaşlardan xahiş edib ki, bu məsələ ilə əlaqədar komissiyaya müraciət etməsinlər.

araz.az xəbər portalı.