EMCode aacd46a6defcc86cfd5d1b06a9179e40

ABŞ-ın dövlət katibi Mayk Pompeo koronavirusun Çinin dövlət laboratoriyalarından çıxmasını iddia edən informasiyanı paylaşıb. Aktual.ge Report-a istinadən xəbər verir ki, bu barədə onun ABŞ Dövlət Departamentinin saytındakı bəyanatında bildirilir. “Bu həftə Çinə gəlmiş Ümumdünya Səhiyyə Təşkilatının araşdırma qrupunun əhəmiyyətli işinə kömək etmək üçün Birləşmiş Ştatlar hökuməti bu gün 2019-cu ildə Çinin hökumət laboratoriyalarının fəaliyyəti haqqında yeni informasiyanı bölüşür”, – bəyanatda deyilir. Pompeonun sözlərinə görə, hələ 2019-cu ilin yayında Uhanın Virusologiya İnstitutunun bir neçə əməkdaşı koronavirusa oxşar nəyə isə yoluxub. Həmçinin dövlət katibi bildirib ki, yarasaların RaTG13 koronavirusu SARS-COV-19-la 96% eynidir. Pandemiyanın başlanğıcından dünyada COVID-19-a 94 milyon yoluxma qeydə alınıb, virusa yoluxmuş 67 milyon pasiyent sağalıb, 2 milyondan çox insan ölüb.

araz.az xəbər portalı.