Tarix çox hündürboy kişi və qadınların hekayələri ilə doludur, lakin yalnız son yüz ildə bu fenomenin tibbi izahı ortaya çıxıb. Hipofiz nəhəngliyi, Marfan sindromu, eunuxoid böyüməsi, Sotos sindromu və akromeqaliya – bunlar hamısı həddindən artıq böyümənin izahıdır.
Reyting.az xarici KİV-ə istinadla tarixin ən hündürboy insanlarını təqdim edir:
Brahim Takiulla – 2 metr 46 santimetr
Takiulla 246 santimetr boyu ilə Ginnesin rekordlar kitabına “dünyanın ən böyük ayaqları olan bir insan kimi” (və tarixdə ikinci böyük) düşüb: uzunluğu 38,1 santimetr olub.
Takiulla 1982-ci ildə Mərakeşdə anadan olub, onun ucaboylu olmasına Hipofiz şişlərinin təsir etdiyi bildirilir.
Xəstəlik Brahimin 18 yaşı olanda, məktəbdəki tibbi müayinə zamanı aşkarlanıb.
Təxminən 2,5 metrlik boy bir gəncin gündəlik həyatını çətinləşdirmişdi: evdə düz gəzə, avtomobildən və ya taksidən istifadə edə bilmirdi və çəkisini saxlaya biləcək xüsusi ayaqqabılar seçməli olurdu.
Don Keler – 2 metr 49 santimetr
Montana ştatının Dentona şəhərindən olan nəhəng Don Keler 2,49 santimetrlik inanılmaz boya çatmışdı. 10 yaşında boyu normal idi, 1969-cu ildə isə dünyanın ən hündürboy insanı olub.
Otellərə iki cüt çarpayı yan-yana qoymalı, yüksək tavanlı və asma işıqsız mənzil axtarmalı idi.
Kelerin əkiz bacısının boyu 1,75 santimetr idi – bu boy fərqliliklərinə görə əkizlər kimi Ginnesin rekordlar kitabına düşüblər.
Nəhəngin böyüməsi kifoz (onurğa sütunu xəstəliyi) səbəbindən tədricən azalmışdı. Don 55 yaşında vəfat edəndə boyu 2,4 santimetr olub.
Vikas Uppal – 2 metr 51 santimetr
Hindistanlı nəhəng Vikas Uppalın qısa ömrü haqqında çox şey bilinmir və boyu mütəxəssislər tərəfindən təsdiqlənməyib.
O, 1986-cı ildə Haryan ştatının Rohtak rayonunda anadan olub, Ginnesin rekordlar kitabına salınmayıb. Gənc Vikas 2007-ci il iyunun 30-da Dehlidə xəstəxanada həkimlərin beynindəki şişi götürməyə uğursuz cəhdi zamanı əməliyyat stolunda vəfat edib.
Bernard Koyn – 2 metr 49 santimetr
Bernard A. Koyn 1897-ci il iyulun 27-də Ayova ştatının Enton şəhərində anadan olub. Son dərəcə nadir görülən bir xəstəlik olan – eunuxoid infantil nəhəngliyindən əziyyət çəkirdi.
Koynun ölüm anındakı boyu dəqiqləşdirilməyib. Birinci Dünya müharibəsi zamanı hazırlanan qeydiyyat vəsiqəsinə görə, 1918-ci ildə o, artıq 243,8 santimetr idi. 23 yaşında vəfat edəndə Koynun boyu 249,9 santimetr olub. Rəsmi ölüm səbəbi qaraciyərin piylənməsi və vəzi qızdırmasıdır. Xüsusi hazırlanmış bir tabutda doğma şəhərində dəfn edilib.
Sultan Kösen – 2 metr 51 santimetr
Sultan Kösen Türkiyədə kənd təsərrüfatı işçisi, dünyanın ən uzun yaşayan insanıdır. Onun böyüməsi, akromeqaliya ilə əlaqəli bir hipofiz şişi ilə izah olunur.
Kösenin boyu 10 yaşına qədər normal olub, bundan sonra sürətlə 182,8 santimetrə qədər böyüyüb.
2008-ci ildə şişin çıxarılması cəhdi uğurlu sayılıb, lakin sürətlə böyüməni dayandıra bilməyib. 2010-cu ildə Virciniya Universitetindən olan həkimlər “qamma bıçaq” texnikası ilə neoplazmanı aradan qaldırmaq üçün radiasiya tətbiq ediblər.
Boyuna görə Köseni xüsusi texnika ilə İsveçdən aparıblar. 2012-ci ildə Sultanın boyunun uzanmasının dayandığı təsdiqlənib.
Eduard Bopre – 2 metr 51 santimetr
Eduard Borpe 1881-ci ildə Kanadanın Saskaçevan şəhərində doğulub və boyu 251 santimetrə çatıb. Bopre uşaqlıqda kovboy olmağı xəyal edib, ancaq bir atı qaldıra bilmək bacarığını öyrənəndən sonra güclü adam kimi “Barnum and Bailey’s Circus”a qoşulub.
Ömrünün sonuna yaxın Bopre vərəmdən əziyyət çəkib, güc fədakarlığından sonra zəif və başgicəllənmə hiss edib. O, 1904-cü il iyulun 3-də xəstəxanaya yerləşdirilib, həmin gecə orada vəfat edib.
Ölümündən sonra Bopreni müayinə edən həkimlər hipofiz şişi olduğunu tapıblar. Buna görə də 23 yaşında vəfat edənə qədər böyüməyi dayanmayıb.
Venyo Myullirinne – 2 metr 51 santimetr
1909-cu ildə Finlandiyanın paytaxtı Helsinkidə anadan olan Venyo Myullirinnenin boyu 21 yaşında 223,7 santimetr olub. 30 yaşlarında ikinci bir böyümə yaşayıb və 1963-cü ildən ölümünə qədər 2,51 santimetrə çatıb.
Myullirinne orduda xidmət edib və bu günə qədər yaşamış ən hündürboylu əsgər sayılır.
Finlinadiyalı nəhəng akromeqaliyadan əziyyət çəkirdi və bu, anormal böyüməyə səbəb olmuşdu. Əlləri də 39,8 santimetr genişlikdə inanılmaz dərəcədə idi, ovcunun içi tarixdəki ən böyük ölçüdə olub.
Con F. Kerroll – 2 metr 63 santimetr
1932-ci ildə Nyu-York ştatının Buffalo şəhərində anadan olan Con Kerroll tibb jurnallarında “nəhəng kəl” kimi qeyd olunurdu.
Məlumata görə, bir dəfə bir neçə ayda 17,7 santimetr böyüyüb. Kifoskolyoz olaraq da bilinən onurğa sütununun iki ölçülü əyriliyində ağır bir vəziyyətlə üzləşmişdi. Xəstəlik o qədər ağır idi ki, boyu ölçmək son dərəcə çətin idi.
1968-ci ildə, ölümündən az əvvəl Kerroll 274 santmetrdən bir qədər aşağı ola bilərdi, ancaq düzgün ölçmək mümkün deyildi.
Con Roqan – 2 metr 67 santimetr
Con Uilyam “Bad” Roqan 1868-ci ildə Tennessidə anadan olub. 13 yaşında birdən dramatik şəkildə böyüyüb: Roqanın böyüməsinə ankiloza səbəb olub – iltihab səbəbiylə oynaqların sərtləşməsi.
Bu səbəbdən onun ayaqları üzərində dayanması son dərəcə çətin idi, 1882-ci ilə qədər Roqan dayana və yeriyə bilməyib. Tez-tez özünün dizayn etdiyi bir keçi arabasında aparılırdı. O, yerli qatar stansiyasında fotolarını və açıqcalarını sataraq dolanışıq qazanırdı.
Roqan 1905-ci ildə xəstəlik nəticəsində yaranan fəsadlardan ölüb və maraqlı alimlərin cəsədini qazmasına mane olmaq üçün beton qatının altında basdırılıb. Afro-Amerikan nəhəngin çəkisi ölümünə qədər rəsmi olaraq ölçülməmiş və 270 santmetrdən bir qədər aşağı olmasına baxmayaraq, çəkisi 79,3 kiloqram idi.
Robert Uodlou – 2 metr 72 santimetr
Siyahını “İllinoysdan olan nəhəng” Robert Uodlou tamamlayır. O, 1918-ci ildə İllinoys ştatının Optone şəhərində doğulub. Sürətli böyümə hormonu istehsal edən hipofiz hipertrofiyasından əziyyət çəkirdi.
Uodlounun boyu 8 yaşına qədər dayanmadan artaraq 188 santimetrə çatıb, çəkisi 77 kiloqram olub. İllinoys sakini o qədər böyümüşdü ki, məktəbdə onun üçün xüsusi bir masa düzəltməli olmuşdular. Həkimlər o vaxt bu tip balans pozğunluğunu müalicə edə bilmirdilər.
Uodlounun kövrək sümükləri səbəbiylə kollec şəhərciyində dolaşmaqda çətinlik çəkirdi və ömrünün sonuna qədər ayaq saxlayanları taxmalı idi.
1949-cu ildə qüsurlu bir ayaq saxlancına görə bir qabarcıq əmələ gəlir və infeksiyaya yoluxur. Təcili əməliyyat və qan köçürülməsi gənci xilas etmir və 22 yaşında ölür.
Reyting.az
araz.az xəbər portalı.