Navalnı həbs edildi. Onu gətirən təyyarə başqa aeroporta yönləndirildi. Rusiya müharibəni daha rahat edir, siyasi opponentləri ilə sivil mübarizə aparmaqda isə çətinlik çəkir, hətta təlaş yaşayır.
Moderator.az “Exo Moskvı” saytının müəllifi Aleksandr Minkinin baş verən hadisəyə təcili reaksiyasını təqdim edir.
“Bir nəfər deyib ki, Rusiyaya qayıdacaq. Və o andan etibarən Kremldə çaxnaşma başlayıb.
“Yüksək hazırlıq” rejimi, prokurorluğun ağılsız “xəbərdarlıqları”: deyirlər ki, bir insanı hava limanında qarşılamaq cinayət xarakterlidir, icazəsiz bir şeydir … Sankt-Peterburqda həbslər və şəxsi avtomobillərin müsadirə edilməsi … Görüşəcəkləri məlum olanların tutulması. (Görəsən bu necə məlum olur?)
Xəbər verilir ki, DİN -in”E” Mərkəzlərinin, FSB-nin regional şöbələrinin terrorizm və ekstremizmə qarşı mübarizə şöbələrinin, eyni zamanda Rosqvardiya bölmələrinin praktik olaraq bütün heyətinin iş yerlərində olduqları bildirilir.
Və belə bir detal: təhlükəsizlik qüvvələri Vnukovoya cəlb edilib; orada avtobuslarda oturmaq məcburiyyətindədirlər. Onlara “tualetə getmələri qadağandır” xəbərdarlığı edilib.
Deməli, onlar pampers geyiblər.
Rusiyanın güc strukturları pampersdədirlər –bu, elə indiki hakimiyyətin portretidir. Hakimiyyət qorxudan şalvarını batırıb…
Və bütün güc bir insanın əlində olduğundan, deməli bu vəziyyət ( özünü batırmaq-tər) onun öz başına gəldiyi anlamına gəlir.
Gizli şəkildə öldürmək və açıqca …. özünü batırmaq – bu biabırçılıq şübhəsiz ki, nə vaxtsa tarix kitablarına düşəcək.
Tarix – sərt bir xanımdır, onun yumoru qaradır, Putin onun üçün heç kimdir – o, belələrindən betərini görüb.
araz.az xəbər portalı.