Bu gün Türkiyə Super Liqasında “Beşiktaş”la “Qalatasaray” arasında derbi baş tutub.
araz.az xəbər verir ki, “Vodafone Park”da keçirilən derbidə “Qara Qarta”lar qalib gəlib – 2:0.
Qolları Xosef Souza 79-cu, Jorj-Kevin Nkudu 90+1-ci dəqiqədə vurub.
Onu da qeyd edək ki, “Qalatasaray”da Caqne 59-cu dəqiqədə qırmızı kartla meydandan qovulub.
Bu nəticədən sonra xalını 38-ə çatdıran “Beşiktaş” vahid liderə çevrilib. “Qalatasaray” isə 33 xalla 4-cüdür.
araz.az xəbər portalı.