photo 48170312

Cəbrayıl rayonunda yerləşən keçmiş erməni hərbi mövqeyindən daha bir ədəd ağ fosforlu mərmi aşkar olunub.

araz.az  Panoram.az-a istinadən  xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) sosial şəbəkə hesabından paylaşım edib.

Bildirilib ki, bu faktlar Ermənistanın mülki şəxslərə qarşı qanunsuz, Beynəlxalq Humanitar Hüquqa zidd əməllərini sübut edir.

araz.az xəbər portalı.