peyvenddb

Azərbaycanda bu gündən koronavirus (COVİD-19) əleyhinə vaksinasiyaya başlanmasına qərar verilib.

araz.az  Modern.az-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunacaq əhali qrupları açıqlanıb.

Strategiyanın icrası ümumi əhali və xüsusi həssas qruplarını özündə ehtiva edir. COVID-19 xəstəliyinin səbəb olduğu epidemioloji vəziyyətin stabilləşdirilməsi və onun mənfi nəticələrini azaltmaq məqsədilə görülən tədbirlər səhiyyə sisteminin, immunlaşdırma xidmətlərinin və müvafiq logistika işlərinin gücləndirilməsini əhatə edir. Sənəddə qeyd edilib ki, COVID-19 xəstəliyi əleyhinə vaksinasiya mühüm və yüksək riskli əhali qruplarının mümkün qədər tam əhatəsi və ümumi əhali arasında isə könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli əhali qrupları aşağıdakılardır:

sosial:

– səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;

 – hüquq mühafizə orqanlarının əməkdaşları;

 – hərbi qulluqçular;

 – saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;

 – təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

tibbi:

– Tənəffüs Sistemi Xroniki Xəstəlikləri olanlar, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50), piylənmə (≥18).  

araz.az xəbər portalı.